"Turan Tovuz"un Antalyadakı rəqibləri bilindi

"Turan Tovuz"un Antalyadakı rəqibləri bilindi
ÖLKƏ FUTBOLU 2 Yanvar 2023 / 18:59 2137
-  A +

"Turan Tovuz" mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə  yanvarın 3-də Bakıda bir araya gələcək.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  komanda yanvarın 7-də Antalyaya yola düşəcək. Artıq komandanın hazırlıq çərçivəsində keçirəcəyi yoldaşlıq oyunlarının tarixləri bəlli olub. Belə ki, ilk olaraq 9 yanvar tarixində “Turan Tovuz”  “Petrolul”la qarşılaşacaq. 13 yanvar tarixində isə baş məşqçi Ayxan Abbasov İsveçrə “Aarau”su ilə oyunda komandanı sınaqdan keçirəcək. Antayla təlim-məşq toplanışında son oyun isə yanvarın 17-də Polşa “Qurnik“inə (Zabrje) qarşı olacaq. 

Komanda yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner