“Sabah” rekordçusu ilə müqaviləni uzatdı

“Sabah” rekordçusu ilə müqaviləni uzatdı
ÖLKƏ FUTBOLU 27 Dekabr 2022 / 11:55 2499
-  A +

“Sabah” futbolçusu Amin Seydiyevlə yeni müqavilə bağlayıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, millimizin də üzvü olan 24 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 2026-cı ilə kimidir.

Qeyd edək ki, Seydiyev 2020-ci ildən “Sabah”da çıxış edir. O, paytaxt təmsilçisində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub. Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner