"2022-ci ili qalibiyyətlə başa vurmaq istəyirdik. Dramatik oyun alındı. Hər iki komanda uduzmaq istəmirdi. Bu oyunda futbola aid hər şeyi gördük. 100 faizli qol epizodlarımız var idi. Komandama mübarizə üçün təşəkkür edirəm. Baxımlı oyun oynadıq".
Qol.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 18-ci turunda bu gün "Kəpəz"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib: "Futbolun yazılmayan qanunları var. Bunu qəbul etməliyik. Komandamız azlıqda qalan rəqibə qarşı konsentrasiyanı itirir. Arxayınlıq yaranır. Son 12 oyunda irəliləyiş əldə etdik. Kollektiv oyuna daha çox üstünlük verdik. Bəhrəsini gördük. Son dəqiqədə buraxılan qolda ani hisslər keçirdim. Əvvəllər çox həyəcan keçirirdim, çox aqressiv olurdum. Amma sonradan yanaşmamı dəyişdim. Can mənim canımdır. Bir neçə komandada nəticə verdim, amma sonradan yola salındım. Ani hiss gəldi ki, biz qalib gəlməliydik. Amma qismət belə imiş. Təbii qarşılamaq lazımdır. Çox istəyirdim ki, komandam qalib gəlsin. Sayılmayan qolda keçirdiyim təəssüf hissi buraxdığımız qolda daha çox idi. Amma irəliyə baxmaq lazımdır. "Kəpəz"in adını qaytarmalıyıq, başqa yolumuz yoxdur".
Gedəcək futboçuların siyahısının hazır olduğunu deyən baş məşqçi yeni transferlər olacağını da bildirib: "Hamısının adını mətbuat xidməti açıqlayacaq. Yeddi nəfərlik siyahıdır. Yolları açıq olsun. Hamısına uğurlar. İşim komanda qurmaqdır. Bir neçə yerli oyunçu ilə danışıqlar gedir. Ayın 7-dən bizə qoşula bilərlər. İşlərimiz davam edir. Bir aydan çoxdur yerli, cavanları komandaya cəlb etmək istəyirik. Bir neçə əcnəbi var ki, hücumu onlarla gücləndirmək niyyətindəyik".
Tərlan Əhmədov "Gəncləşdirmə siyasəti apardığınızı deyirsiz. Bəs Tural Axundov komandada qalacaqmı" sualını belə cavablandırıb: "Bəli, gəncləşdirmə siyasəti aparırıq. Həmin mövqe üçün bir neçə oyunçu sınaqdan keçiririk. O demək deyil ki, Turalı göndərəcəyik. Komanda üçün ürəyi yanan, arxasınca aparacaq lider futbolçu lazımdır. Onun meydanda olub-olmaması şərt deyil. Hər komandada oynayan məşqçilər olub. Onlar komandanın toparlanmasında böyük önəm kəsb edir. Həmin mövqeyə futbolçu axtarırıq ki, rəqabət olsun. Turalla rəqabət aparacaq ikinci oyunçumuz yoxdur. 2005-ci il təvəllüdlü gəncəli futbolçumuz var. Turalın komandada olması, kollektivin yığılmasında önəmi var. Çalışırıq ki, bir yaşlı komandada olsun".
Tərlan Əhmədov onu da deyib ki, heyət gücləndirilməsə, uğur qazanmaq çətin olacaq: "Təşkilatı məsələlərə mən qarışmıram, rəhbərliyə aiddir. Komandaya gələndə bir neçə mövqeyə oyunçu transferi lazım olduğunu demişdim. Sabah İlqar Nadiri ilə görüşəcəyik. Biz də başa düşürük ki, gedənlərdən bəlkə kimsə getməsin. Rəhbərliklə bir olub komandanı gücləndirməliyik. Deyim ki, bu heyətlə uğur qazanacağıq, çətin məsələdir. Yeni nəfəs, yeni futbolçular lazımdır".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq