"Möhtəşəm oyun alındı. Bu gün Azərbaycan futbolu qazandı. Azarkeşlər maraqlı mübarizənin, oyunun şahidi oldular. Sevindirici hal odur ki, iştirakımızla keçən son matçlar maraqlı alınır".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 18-ci turunda bu gün "Kəpəz"lə keçirilən oyundan sonra mətbuat konfrnasında deyib.
O, 2:2 hesabı ilə başa çatan görüşü belə şərh edib: "Oyunu təhlil etmək çox çətindir. Yaxşı başlamışdıq, üstünlük bizdə idi, qol vurmuşduq. Hər şey verilən qırmızı vərəqədən sonra döndü. İkinci qırmızı vərəqədən sonra çətin vəziyyətə düşdük. Buraxılan ikinci qol komandanı bir az da sarsıtdı. Amma fasilədə komanda özündə güc tapdı və yaxşı başladıq. Ərazi üstünlüyü "Kəpəz"dəydi, amma şansımızı gözləyirdik. Paltardəyişmə otağında uşaqlarla danışmışdıq ki, rəqibin sarı vərəqə cəzalısı olan oyunçuları var. Daha çox təzyiq edib, qırmızı aldırmaq olar. Bunu etsəydik, oyunu dəyişəcəyik. Bu işlədi. Düzdür, uduza da bilərdik".
R.Sadıqov hər komandadan iki futbolçuya qırmızı vərəqə verilən matçın hakimliyi haqda çox danışmaq istəmədiyini bildirib: "Fikirləşirdim ki, məğlub olsaq da, çalışacam hakimlik haqda danışmayım. Bilmirəm. Epizodlara baxmaq, təhlil etmək lazımdır. Əsas etirazlarımızdan biri Hamidu Keytanın zərbəsindən sonra rəqib oyunçudan gedən topu qapıçının ələ götürməsi idi. Son ümid foluna görə qırmızı vərəqə verilirdi. Amma sarı vərəqə ilə cəzalandırıldı rəqib. Qaydalar o qədər inkişaf edib, detallaşıb ki...Eyni epizodlarda fərqli-fərqli şərhlər...
O, Coşqun Diniyevin qırmızı vərəqə aldığı epizodu da şərh edib: "Epizodu görməmişəm. Gərək baxım. Açıq-aşkar qırmızıdırsa, gərək daha ehtiyatlı, səliqəli oynayaydı. Xüsusən də oyun nəzarətimizdədir və hər şey istədiyimiz kimi gedirsə...Belə epizodlarda diqqətli olmaq lazımdır. Bilirik ki, bizə qarşı çox həssas qərarlar verilir. "Neftçi" ilə matçda Boqomolski - Çantakiasın dirsək epizodu bu oyunda əksinə olsaydı, bizə qırmızı veriləcəkdi. Bizə qarşı çox rahatlıqla, soyuqqanlı şəkildə qərarlar verilir. Amma qərəz olduğunu deyə bilmərəm. Nicat da gənc, yeni hakimimizdir".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar