"Bu il sonuncu rəsmi oyunumuz idi. Rəqib nə qədər güclü olsa da, qələbə qazanmaq istəyirdik. Ən azından heç-heçə etməyə çalışırdıq. Oyuna heç də pis başlamadıq. Birinci hissədə demək olar kiz rəqibə qol epizodları vermədik. İkinci hissədə yorğunluq və rəqib futbolçuların ustalığı məğlub olmağımıza gətirib çıxardı. Futbolçularım əllərindən gələni etdilər. Bu il bizim üçün heç də yaxşı keçmədi. Olanımız budur. Çalışacağıq ki, dəyişikliklər edək. Belə oynaya bilmərik. Qışda normal futbolçu tapmaq çox çətin məsələdir. Amma axraracağıq. Tapa bilsək, komandaya cəlb edəcəyik".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 18-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Birinci hissədə müdafiədə səhvlər etmədik. İkinci hissədə isə yorğunluq öz sözünü dedi. Bizim ehtiyat qüvvəmiz o qədər deyil ki, hansısa dəyişikliklər edək. Bəzi futbolçuların yorulduğunu biz də görürdük. Birinci qol məncə, mübahisəli idi. İndi baxdığıma görə, orada Ağabala Ramazanovu yıxmışdılar. Ayağına təmas var idi" - deyə o bildirib.
Mütəxəssis bəzi futbolçular komandanı tərk edə biləcəyini vurğulayıb: "Normal oyunçu tapdığımız təqdirdə onlarla yolları ayırmağa çalışacağıq".
M.Qurbanov "Neftçi"dən bir neçə futbolçunu komandaya cəlb edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib: "Heç nə deyə bilmərəm. Əlbəttə ki, bizə mərkəz müdafiəçisi və forvard lazımdır. Hələ rəsmi heç nə yoxdur".
O, kubokda "Sabah"ı məğlub edən "Səbail" çempionatda uğursuz çıxışının səbəbi haqda da danışıb: "Biz də çalışırıq ki, kubok oyunu ilə çempionat oyununu ayırmayaq. Kubok matçları az olur. Çempionat isə uzundur. Bugünkü yorğunluğun əsas səbəbi bəzi futbolçuların "Sabah"la qarşılaşmada çox güc sərf etməsidir. Məşqçi olaraq zəif yerlərimizi bilirik. Bəzi futbolçular dəvət etdikdən sonra çalışacağıq ki, belə səhvlər buraxmayaq və çempionatda daha yaxşı çıxış edək".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar