"Bu gün xal qazanmaq istəyirdik. Bura inamlı gəlmişdik. Çox sevinirəm ki, bu sıx qrafikdə ən azı bir xal qazandıq. "Qəbələ" son oyunlarda yaxşı formadadır. Kubokda "Qarabağ" kimi komanda ilə çox yaxşı mübarizə apardılar. Bilirdik ki, bizə çətin olacaq. Birinci hissədə gümrah idik. İkinci hissədə isə yorğunluq görünürdü. Ümumən rəqibə təhlükəli epizodlar vermədik. Xal ehtiyatımızı artırdıq. Bəlkə daha da çox ola bilərdi. Amma düşünürəm ki, həm kubokda, həm çempionatda nəticəmiz pis deyil. Çalışacağıq ki, təlim-məşq toplanışında zədəlilərimiz geri qayıtsın. Ümid edirəm çempionatın ikinci hissəsində daha yaxşı olarıq".
Qol.az xəbər verir ki, bu sözləri "Turan-Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 18-ci turunda "Qəbələ" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Çempionatdan əvvəl rəqibləri təhlil edirik, büdcələrinə, transferlərinə baxırıq. Real deyək, digər komandalar var idilər ki, bizdən üstün idilər. Çempionatda ilk ilimizdir, futbolçular yeni komandaya gəliblər. Öz aramızda danışırdıq ki, mövsüm çətin keçəcək, mübarizə aparmaq lazımdır. Son pillələrdən üstdə olmaq istəyirdik. Hansı yerdə olacağımız maraqlı idi. Bəzi klublar gözlədiyimizdən zəif çıxış etdi. Bu, bizə üstünlük verdi. Oyundan-oyuna formaya düşdük, xallar qazandıq. Məncə, fikirləşdiyimizdən yuxarıdayıq. Bu mövqedən yuxarıya mübarizə aparmaq çətindir. Bəzi oyunlarda qalib gələ bilsəydik, "Qəbələ" və "Zirə" ilə xal fərqi az ola bilərdi. Amma real desək, bu nəticəni qənaətbəxş hesab edirəm" - deyə o bildirib.
Mütəxəssis deyib ki, qışdan sonra bu yerdə qalmaq çox çətin olacaq: "Digər məşqçilərin müsahibələrini oxuyuram. Ən azı 4-5 transfer fikirləşirlər. Bu o deməkdir ki, güclənəcəklər. Müdafiə xəttində zədələrimiz üst-üstə oldu. Gənc futbolçulara şans verdik. Bir tərəfdən onlar qazandılar. Futbolçuların inkişafı üçün rəqabət olmalıdır. Üç transfer edə bilsək, mübarizə aparmaq olar".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar