"İlin son oyununu yaxşı notlarla bitirmək istəyirdik. Əfsuslar olsun ki, belə alındı. Açığı, bu cür məğlubiyyəti gözləmirdik. Təhlükə var idi. Yadınızdadırsa, ötən dəfə demişdim ki, "Sabah" əvvəlki rəqiblərdən fərqlidir. "Kəpəz" və "Səbail" bəlkə də gücümüzə görə komandalar idi. Turnir cədvəlində də yan-yanayıq".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 18-cı turunda evdə "Sabah"a 0:6 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Əvvəlki oyunlarda buraxdığımız səhvləri bu dəfə "Sabah" bağışlamadı. Bu mənada proqnozlaşdırdığımız başımıza gəldi. Uduzmağımızın səbəbləri ayrı-ayrılıqda qlobaldır. Biz qərarlarda, tez fikirləşməkdə rəqibə uduzduq. Təzyiqi, pressinqi atlaya bilirdik. Amma lazımı anlarda qərar verə bilmirdik. Bu, komandanın ümumi bəlasıdır. Bu, sırf futbolçuya məxsus keyfiyyətlərdir ki, onu düzəltmək çox çətindir" - deyə o bildirib.
Mütəxəssis söyləyib ki, udduqları matçları dördlü müdafiə ilə oynayıblar:"Bunu dəyişmək istəmədik. Öz çempionatımızdan danışanda, nə qədər yaxşı olduğunu deyirik. Amma biz gördüyümüz vizualdır. Oyunun içindən üzə çıxan nəticə budur - 0:6. Oyunçuların verdiyi qərarları görə bilmirik. Bu yöndə çempionatımızda axsamalar var. Bizim komandanın hücumda və müdafiədə buraxdığı səhvlər bəsitdir. Demək ki, həmin epizodda doğru olan qərarı verə bilməmisən. Altı qol buraxdıq deyə, səhvlər üzə çıxdı, yox. Bu, hər oyunda var. Mən öz komandamdan danışım. Amma bu, tək mənim komandamda deyil vallah. Bizdən üst pillələrdə qərarlaşan komandaların futbolçularının düşdüyü vəziyyətdə verdiyi qərarlar, səhvlər... Avropadakı ortabab çempionatlardan da bəlkə aşağı səviyyədir. Bu baxımdan çox axsayırıq. Digər komandaları analiz edə bilmərəm, o ixtiyarda deyiləm. Amma oyunlara baxırıq, rəqibi analiz edirik".
O, yeni transferləri Terrens Tisdell haqda da danışıb: "Məşqlərdə göstərdiyi performans bizi qane edir. Yaxşıdır. Oyunlar tamam başqadır. Meydana çıxıb fikir də dəyişdirə bilər. Məndə yox, sizdə dəyişilə bilər ki, deyərsiz "budumu gətirdikləri?" Məsəl üçün deyirəm. Pis futbolçu deyil. Məşqlərini intensiv olaraq edir. Futbolçuları istirahətə buraxırıq, amma Tissdel burada qalacaq, hazırlaşacaq ki, daha da yaxşı formaya düşsün".
S.Abasov "qara siyahı"sının artıq hazır olduğunu da vurğulayıb.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar