"Yaxşı oyun oldu. 3 xal qazandıq. Bu qələbə bizim üçün çox vacib idi. “Zirə” ilə 130 dəqiqədən artıq davam edən matçdan sonra meydana çıxdıq. Bərpa üçün az vaxtımız var idi. Bu matç da erkən saatda başladı. Nəticəyə görə çox sevinirəm. Bütün futbolçularımız ən yaxşısını etməyə çalışdı. Onlar döyüşdülər və qələbə qazandılar".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Lautentsiu Regekampf Misli Premyer Liqasının 18-ci turunda "Şamaxı"ya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Ümid edirəm ki, qış fasiləsi bizə pis təsir etməz. Bu cür oyunlardan sonra 10 gün fasilə hamımıza yaxşı təsir edəcək. Qayıdanda daha güclü olmalıyıq. İnanıram ki, fasilədən yararlanacağıq. Zədəlilərimizin qayıdacağına ümid edirəm. Təlim-məşq toplanışından sonra daha güclü olacağımıza inanıram. Bəzi açar oyunçularımız bizimlə məşq edə bilmir. Keyfiyyətin artacağına ümid edirəm" - deyə o bildirib.
O, qışda komandadan gedənlərin çox olub-olmayacağı ilə bağlı söyləyib: Bizə güclənməli olduğumuz mövqelərə oyunçular gətirmək lazımdır. Peşəkarıq. 3-4-dən artıq futbolçu dəyişə bilmirsən. Hər yeni gələn futbolçunun davamlılığa ehtiyacı var. Çalışmalıyıq ki, keyfiyyətimizə keyfiyyət qataq. Say xətrinə oyunçu gətirməyəcəyik. Komanda qurmaq üçün vaxt lazımdır. Futbolçular öyrəşməlidir. Sağlam atmosfer lazımdır ki, inkişaf etsinlər.
Mütəxəssis hansı mövqelərə transferlərin olması ilə əlaqədar deyib: "Bu, mənim işim deyil. Bu mövzuda danışa bilmərəm. Komanda rəhbərliyi ilə bu danışırıq. Müşahidə Şurası ilə də maliyyə baxımından müzakirələr gedib. Analiz edib, nələr edə biləcəyimizə baxacağıq. Bütün işimiz komandanın yaxşılığı üçün olacaq. Birdən-birə 10 oyunçunu dəyişəcəyimizi gözləməyin. Bu, peşəkar və sağlam iş olmaz. Razılıq olandan sonra məlumat ola bilər. Adlar, mövqelər açıqlamaq düzgün olmaz".
Regekampf bildirib ki, necə qol vurduqlarını analiz etməlidirlər: " Bu gün ilk qolumuzu xatırlayın. İrəlidə pressinq edib, topu almağaçalışdıq. Oyunçunun kefiyyyəti də rol oynadı. Eminin mükəmməl ötürməsini qeyd etmək lazımdır. Futbol fəslsəfəm çox sadədir. Topu rəqibdən çox tez almağa çalışırıq. Amma bunu tam aşılamaq üçün komanda daha əzmkar çalışmalıdır. İstədiyimiz səviyyəyə çatacağıq. Mövsümdən əvvəl istədiyimiz kimi hazırlaşmaq üçün çox vaxt olmadı. Ona görə indidən yay üçün də komanda quracağıq. Çalışacağıq ki, böyük dəyişikliklər etməyək. Yayda təlim-məşq toplanışına hazır şəkildə getmək istəyirik. Onda da avrokubokda qrup mərhələsində oynamağa ümid edə bilərik. Bizim planımız budur. Düşünürəm ki, doğru yoldur. Bu komanda ölkənin iki ən böyük komandası arasında olmalıdır. Hazırda “Qarabağ”la bizim aramızda fərq böyükdür. Çox danışmamalıyıq. Daha çox işləməli və çalışmalıyıq ki, istədiyimizi quraq. Geridən gələcəyik".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq