"Əvvəldən də bilirdik ki, çox çətin olacaq. "Neftçi"nin oyunu göz qabağındadır. Birinci hissədə qol imkanlarımız var idi. Sadəcə olaraq yararlana bilmədik. "Neftçi" təcrübəsindən istifadə edib qol vurdu. İkinci hissədə rəqib çox üstün oyun nümayiş etdirdi. Buna baxmayaraq, futbolçularımı təbrik edirəm. Bu, bizim ikinci dövrədə ikinci məğlubiyyətimizdir. Futbolçularımızla fəxr edirik. Hər zaman onların arxasında dayanmışıq".
Qol.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 18-ci turunda "Neftçi"yə uduzduqları matçdan (0:3) sonra təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis 2-ci hissədə yol verdikləri səhvlərdən danışıb:
"Çox önə atıldıq. İstəyirdik ki, qol vuraq. İtkilərimiz də var idi. Birinci hissədə Qurban Səfərov sarı vərəqə aldığına görə risk etmədik, onu əvəzlədik. Gəncdir, qırmızı vərəqə alıb həvəsdən düşə bilərdi. Həmin mövqeni doldura bilmədik. Ümumi olaraq da boşluqlar verdik. Eyni qaydada davam edirdik. Buraxdığımız qollar diqqətsizlikdən oldu. Ümumi götürəndə müdafiə planında yaxşı oynamışıq. ".
Əsgərli futbolçusu Qurban Səfərovun sarı vərəqə alması ilə bağlı bunu deyib: "Çox işlər görürük. Perspektivli futbolçudur, onu itirə bilmərik. Oyundan əvvəl çox istəkli olur. Bu aldığı sarı vərəqədə intizamsıqlıq yoxdur".
Çalışdırıcı qış transfer pəncərəsində pleymeyker və dayaq yarımmüdafiəçisi alıb-almayacaqları ilə əlaqədar sualı da cavablandırıb: "Düzdür. Elvinin yoxluğu oyunumuza təsir göstərir. Bir neçə mövqedə problemlərimiz var. Gənc oyunçular axtarırıq. İşimiz gəncləri inkişaf etdirməkdir. Biz bir-iki nəfərdən formalaşmamışıq. Amma Elvin Məmmədovla Adil Nağıyev kimi təcrübəli futbolçuların olmağı bizim üstünlüyümüzdür".
V.Əsgərli "Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yunuszadənin transferi planınızda var?" sualına isə belə cavab verib: "O haqda danışmırıq. Əvvəllər planda var idi. Amma indi istəyirik ki, sırf gənc oyunçular transfer edək. Kifayət qədər təcrübəli futbolçumuz var. Amma həyatdır, bilmək olmaz. Sabahdan trabsfer işləri ilə məşğul olmağa başlayacağıq".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar