“Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev klubun “Kəpəz”lə kubok oyununda baş verənlərə görə AFFA İntizam Komitəsi tərəfindən 8200 manat cərimə olunmasına münasibət bildirib.
O, Qol.az-a açıqlamasında deyib ki, maddi çətinlik çəkən "Turan Tovuz"a belə cərimənin kəsilməsi kluba böyük zərbədir:
Həmçinin oxuyun: AFFA Tovuzdakı qalmaqala görə 2 kluba cəza verdi
“Bizi elə hər tərəfdən vururlar. Azarkeş qışqırmalıdır da, sevinməlidir də. Azarkeş qışqırır, klubu 4 min manat cərimə edirlər. Biz hər azarkeşin ağzını yuma bilmərik axı. Azarkeşləri də başa düşmək lazımdır. Onlar çılğın olurlar. İndiyədək bizim azarkeşlər heç vaxt belə şey etməyib. Amma “Kəpəz”in azarkeşləri bizim nə qədər skamyalarımızı sındırıblar. Əvvəl də olub, son oyunda da. Biz bir neçə səfər matçında uduzmuşuq, amma heç birində azarkeşlərimiz kiməsə daş atmayıblar. Təbii ki, belə bir şəraitdə bu cərimələr bizim üçün böyük zərbədir”.
Klub rəhbəri qeyd edib ki, “Turan Tovuz” azarkeşlərini rəqib futbolçularının hərəkətləri özündən çıxarıb: “Əlbəttə ki, bu qərarla razılaşmaq olmaz. Özümüzə də haqq qazandırmıram. Onsuz da oyundan sonra komandanı bir araya yığıb danışdıq. Dedik ki, siz cavansınız, belə şeylər olmaz, komanda uda da bilər, uduza da. Amma onu deyim ki, bizim azarkeşləri “Kəpəz”in futbolçusu qızışdırdı. Qaçdı tora ayağı ilə vurdu. Azarkeşlərimizi özündən çıxaran bu oldu”.
O.Abdullayev bildirib ki, İntizam Komitəsinin bu qərarlarından şikayət etməyin faydası yoxdur: “Bəlli bir kodeks var. Şikayət etsək, bizə göstərəcəklər ki, bu qayda pozuntularına görə cəza verilib. Ona görə də biz nə şikayət edək? AFFA-ya zəng vurub danışmışam. Dedilər ki, Oktay müəllim, bilirik, pulunuz çatmır, amma qaydalara riayət etmək lazımdır”.
O.Abdullayev onu da əlavə edib ki, “Turan Tovuz” tərəfdən meydana heç bir kənar şəxs daxil olmayıb. Hamısı komanda üzvləri olub.
Klub rəhbəri sonda deyib ki, azarkeşlərə görə klubun cəzalanması doğru qərar deyil: “Ümumiyyətlə, AFFA gərək bu kodekslərdə dəyişiklik etsin. Azarkeşlərin qışqırmasına görə klubu cərimə etmək düzgün deyil. Söhbət təkcə bizim klubdan getmir. Ümumi danışıram. Bir də görürsən ki, “Neftçi” azarkeşi oyun vaxtı meydana nəsə atır və klub cəmilənir. Klub buna nə etsin?”
Ramiq Ağaməmmədov
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar