Azərbaycan Premyer Liqasının İnternet üzərindən yayımına müəyyən məhdudiyyətlər tətbiq olunacaq.
Qol.az xəbər verir ki, bu turdan başlayaraq, test məqsədilə Misli Premyer Liqasında XVIII turun bütün oyunlarının internet üzərindən yayımı yalnız “insports.tv” saytı və tətbiqində mümkün olacaq. Bu o deməkdir ki, ən azı bu tur Premyer Liqanın görüşlərini daha öncə olduğu kimi Yutub platformasında izləmək mümkün olmayacaq.
Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev Qol.az saytına açıqlamasında bildirib ki, “Insports.tv” beynəlxalq şirkətdir və onun tətbiqində matçları izləmək üçün hər hansı ödəniş tələb edilmir: "Yalnız qeydiyyatdan keçməklə matçları rahat izləmək mümkün olacaq".
O qeyd edib ki, hələlik bu addım yalnız sınaq məqsədilə atılıb: "Əgər sınaq uğurlu olarsa, gələcəkdə Premyer Liqa və birinci divizion matçlarının İnternet üzərindən satılması məsələsi gündəmə gələ bilər".
Aslan Şahdəldiyev
A.Şahgəldiyevin sözlərinə görə, İnternet yayımı ilə əlaqədar hələlik “Insports.tv” ilə müqavilə bağlanmayıb.
Bəs, Premyer Liqa matçlarının yayımının böyük platforma olan Yutubdan Insports.tv-a keçidi nə dərəcədə uğurlu ola bilər? Bu, onsuz da böyük tamaşaçı kütləsi olmayan Azərbaycan Premyer Liqasına marağın azalmasına gətirib çıxarmazmı?
A.Şahgəldiyev deyib ki, “Insports.tv” özü də idman dünyası kiçik platforma sayılmır: "Ən əsası burada da hər şey ödənişsizdir. Bir daha vurğulayıram ki, hələlik hər şey sınaq mərhələsindədir. Ötən tur birinci divizionun bəzi oyunları “Insports.tv” yayımlanıb. Hər şeyi təbii ki, zaman göstərəcək. Amma bu əməkdaşlığın uğurlu olacağına inanırıq".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar