Millimizin mövqeyi açıqlandı - İlin son FİFA reytinqi

Millimizin mövqeyi açıqlandı - İlin son FİFA reytinqi
ÖLKƏ FUTBOLU 22 Dekabr 2022 / 13:02 5362
-  A +

FİFA milli komandaların 2022-ci il üçün sonuncu reytinq cədvəlini açıqlayıb.
 
Qol.az qurumun saytına istinadən xəbər verir ki,  bundan əvvəlki reytinq cədvəli ilə müqayisədə 2 pillə irəliləyən Azərbaycan milli komandası 1151 xalla 121-ci pillədə qərarlaşıb.Buna millimizin yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi səbəb olub.

Qeyd edək ki, siyahıy Braziliya (1840) başçılıq edir. DÇ-2022-nin qalibi Argentina (1838) 2-ci pilləyə yüksəlib. Fransa (1823) isə 3-cüdür.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner