"Biz tərəfdən mükəmməl oyun oldu. Oyunçularım nə tapşırıq vermişdimsə, yerinə yetirdilər. Ortadakı kombinasiya oyununu üstün tutaraq, çalışdıq ki, "Zirə" qapımıza yaxınlaşmasın. Ona görə futbolçulara tapşırmışdım ki, ikinci topları qazanaq".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan kubokunun 1/4 finalının "Zirə" ilə cavab oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis 3:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəldikləri matçı belə şərh edib: "Analizdən sonra gördüm ki, onlar çox top itirir. Bununla da qol vurmağa şansımız çox olacaq. Demək olar ki, ilk matçda oynadığımız oyunun əksini oynadıq. İlk qarşılaşmada oyun bizim nəzarətimizdə olduğu zaman əks-hücumdan qol buraxmışdıq. Bu gün fərqli oynamağa qərar verdim. Ola bilsin ki, fanatlar üçün gözəgəlimli olmadı. Amma bizim bugünkü görüşdə məqsədimiz o deyildi".
Regekampf seneqallı müdafiəçi Mamadu Mbodjla müqaviləyə xitam verilməsindən də danışıb: "Məsələnin nə olduğunu dəqiq bilmirsiniz. Ona görə düşünrsüz ki, iki oyun qalmış getdi. Heç bir problem yox idi aramızda. Hər iki tərəfin razılığı ilə müqaviləyə xitam verildi. Ona uğurlar arzulamaq istəyirəm".
Baş məşqçi Rumıniya mətbuatının onun "Universitatya Krayova"ya gedəcəyi haqda yaydığı xəbərlərə növbəti dəfə münasibət bildirib: "Sizə bundan əvvəl də demişəm ki, bu cür söz-söhblət başa çatacaq. Buradayam, müqaviləm var. Yazılanlar mənə təsir edə bilməz. Azərbaycan mətbuatında da çıxmışdı Buqatti məsələsi. Sizin hamınızın hüququdur, istədiklərinizi yazasınız. Bu cür şeyləri şərh etmədən keçirəm".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar