AFFA-dan "Sabah"ın oyunçusuna 4 oyunluq cəza

AFFA-dan "Sabah"ın oyunçusuna 4 oyunluq cəza
ÖLKƏ FUTBOLU 20 Dekabr 2022 / 13:48 1264
-  A +

AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Ceyhun Nuriyevi cəzalandırıb.

Qol.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasınhın saytında açıqlanan qərarda qeyd edilir.

Qərarda bildirilir ki, Misli Premyer Liqasının 17-ci turunun “Kəpəz” – “Sabah”  oyununda “Sabah”ın oyunçusu Ceyhun Nuriyev 90-cı dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunub. O, ümumilikdə 4 oyun olmaqla, 2 oyun şərti və 2 oyun cəzalandırılıb, klub 3200 manat cərimə edilib.

Bundan başqa, “Sabah”ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 800 manat cərimə edilib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner