Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Qol.az xəbər verir ki, bu gün daha 2 görüş keçirilib.
Əvvəlcə "Turan Tovuz" "Kəpəz"i qəbul edib. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk oyunda "Turan Tovuz" 2:1 hesablı qələbə qazanıb. Buna görə də "Turan Tovuz" 2 oyunun cəmində yarımfinala adlayıb.
Digər oyunda isə "Neftçi" öz meydanında "Zirə" ilə qarşılaşıb. Oyunun əsas vaxtı "Neftçi"nin 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İlk oyunda "Zirə" 1:0 hesablı qələbə qazandığından görüşdə əlavə vaxt oynanılıb. Burada daha bir qol vuran "Neftçi" 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.
Beləliklə, yarımfinalda "Qəbələ" "Səbail"lə, "Neftçi" "Turan Tovuz"la qarşılaşacaq.
20 dekabr (çərşənbə axşamı)
Azərbaycan kuboku
1/4 final, cavab oyunları
19:00. “Neftçi” – “Zirə” - 3:1
Qollar: Yeqor Boqomolski, 3 (1:0), Emin Mahmudov, 45+1 (2:0), Loris Broqno, 89 (2:1), Kenni Sayef, 95 (3:1)
Qırmızı vərəqələr: Təmkin Xəlilzadə, 120, Hacıağa Hacılı, 121 (hər ikisi "Zirə", 2-ci sarı vərəqə)
Reallaşdırılmayan penalti: Hamidu Keyta ("Zirə"), 111 - qapıçı
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov
(“Bakcell Arena”)
İlk oyun - 0:1
14:00. “Turan Tovuz” – “Kəpəz” - 2:2
Qollar: Faiq Hacıyev, 15 (1:0), Xəyal Nəcəfov, 16 (2:0), Fərid Nəbiyev, 32 (2:1), 45+3 (2:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu
(Tovuz şəhər stadionu)
İlk oyun - 2:1
19 dekabr
"Sabah" - "Səbail" - 0:1
İlk oyun - 2:3
"Qəbələ" - "Qarabağ" - 1:0
İlk oyun - 2:2
Azərbaycan kubokunda yarımfinal cütlükləri
19 və 27 aprel (2023-cü il)
"Qəbələ" - "Səbail"
"Turan Tovuz" - "Neftçi"
Bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar