"Zirə" Antalyada qarşılaşacaq rəqiblərini açıqladı

"Zirə" Antalyada qarşılaşacaq rəqiblərini açıqladı
ÖLKƏ FUTBOLU 19 Dekabr 2022 / 20:05 1430
-  A +

"Zirə"nin qış təlim-məşq toplanışının proqramı məlum olub.  

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 2-də Antalyada bir araya gələcək "Zirə" burada məskunlaşacaq. “Qartallar” toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. 

Komanda yanvarın 10-da Rumıniyanın “Çindia”, 17-də isə Macarıstanım “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq. 

“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.

Bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner