“Hələ ki, Musanın getməsinin tərəfdarı deyiləm”

“Hələ ki, Musanın getməsinin tərəfdarı deyiləm”
ÖLKƏ FUTBOLU 19 Dekabr 2022 / 19:49 3948
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu, oğlu Musa Qurbanlının Polşanın "Poqon" klubuna keçəcəyi barədə yayılan xəbərlərə növbəti dəfə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, Azərbaycan kubokunun 1/4 finalında "Qəbələ" ilə cavab oyunundan (0:1) sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib: "Hazırda real deyil. Bildiyim qədər maraqlanıblar. Amma bir məşqçi olaraq hələ ki, getməyinin tərəfdarı deyiləm".

Qeyd edək ki,  Ağdam təmsilçisi bu ay 20 yaşlı hücumçu ilə 3,5 illik yeni müqavilə imzalayıb.

Bizi Teleqramda da izləyin...

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner