"Qəbələ"ni təbrik edirəm. Düşünürəm ki, qələbəyə layiq idilər. Son matçlarda yaxşı performans göstərən bir komandaya qarşı oynayırdıq. Bü gün düşündüklərimiz çox da alınmadı. Buna rəqibin yaxşı oyunu təsir etdi. Kubok oyunları həmişə fərqli olur. Bu gün də bunun şahidi olduq. Qarşıda bu il üçün bir matçımız var. Yaxşı performans göstərməyə çalışacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalında "Qəbələ"yə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
" Mən həmişə demişəm ki, kubok başqa prestijdir. Çalışırıq ki, bu turnirdə oyun təcrübəsi daha az olan futbolçulardan istifadə edək. Neçə illərdir bu, pis alınmır. Komandada ilin sonuna yaxın fiziki və psixoloji yorğunluq ola bilir. Həddən çox texniki səhvlərimiz olurdu. Orqanizm yorğun olanda düşüncə qabiliyyəti aşağı düşür. Bunun canlı şahidi olduq. Amma biz kuboka ciddi yanaşırıq. Çalışırıq ki, hər il kuboku başımız üzərinə qaldıraq. Bunun ləzzəti başqadır" - deyə o bildirib.
Mütəxəssis söyləyib ki, hər məğlubiyyətdə həmişə gələcək üçün fayda görür: "Bəzən futbolçular daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlidirlər. Bunun köməyi ola bilər. Həmişə qalibiyyətlə olanda futbolçularda arxayınlıq yaranır. Həmişə məğlubiyyət arzulamıram (gülür). Amma arada belə məğlubiyyətlərin faydası çox olur".
Q.Qurbanov Azərbaycanda məğlubiyyətsiz çempion olan yeganə komanda "Kəpəz" kimi çempion olmağı hədəfləyib-hədəfləmədikləri ilə bağlı söyləyib: "Belə bir düşüncəmiz yoxdur. Heç bir oyunda uduzmaq istəmirəm. Futbolçulardan tələbimiz budur. Çempionluğa oynayırsansa, hər matça qalibiyyət üçün çıxmalısan. Məğlubiyyətimiz olmasa, çox sevinərik".
O, komandanın hücumçusu Musa Qurbanlının Polşa klubuna keçidinin nə dərəcədə real olması ilə əlaqədar deyib: "Hazırda real deyil. Bildiyim qədər maraqlanıblar. Amma bir məşqçi olaraq hələ ki, getməyinin tərəfdarı deyiləm".
Bizi Teleqramda da izləyin...
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar