"İlin məşqçisi sevilmək mənim üçün çox xoş oldu. Mənə verdikləri dəyərə görə hər kəsə təşəkkür edirəm. Tədbir ildən-ilə daha maraqlı keçir".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. "İlin məşqçisi" seçilən Qurban Qurbanov mükafatlandırma mərasimindən açıqlama verib. O, qeyd edib ki, idman mediasının nümayəndələri üçün ağır il olub:
"Bəlkə də bu il onlar üçün ən ağır illərdən biri oldu. Bizim avrokuboklardakı bütün oyunlarımız gərgin və maraqlı keçdi. Əvvəl müsahibəmdə də bildirmişdim ki, azarkeş baxımından ən maraqlı il oldu. Azərbaycan futbolunun sevilməsi, gələcək inkişafı üçün çox faydalı il yaşadıq. Futbolçular, məşqçilər kimi media nümayəndələri də gərgin idilər. Bunu mətbuat konfransınlarda görürdüm. Oyundan əvvəl həyəcanlı şəkildə suallar verirdiniz. Bizim yaşadığımız hissləri sizdə də gördüm. Hər birinizə təşəkkür edirəm. Bu il böyük futbolun dadını daha çox hiss etdik".
Çalışdırıcı 2022-ci ildə təssüfləndiyi anlardan da danışıb: "İndi deməyim bir qədər düzgün çıxmaz. Sonradan fikir bildirmirəm. Təəssüfləndiyim an həmin dəqiqədə, saniyədə olur. Bu gün əldə etdiklərimizə görə şükür edirəm. Bəlkə də düşünə bilərik ki, daha böyük turnirlərdə iştirak edə bilərdik. Amma hər bir halda futbolçularımdan razı qaldım".
Qurbanov "Qarabağ" azarkeşlərinə nə vəd verə bilərsiniz?" sualını belə cavablandırıb: "Mənim onlara heç bir vəd verməyimə ehtiyac yoxdur. Çünki, biz bir-birimizə inanırıq, güvənirik. Mən onların öz komandalarına necə sadiq olduqlarını bilirəm, onlar da mənim necə sadiq olduğumu bilirlər. Nə qədər ki, "Qarabağ"dayam, məsuliyyətlə, istəklə, sevgi ilə komanda üçün bütün gücümü sərf edəcəyəm".
Qurbanov "Qarabağ"ın futbolçusu, oğlu Musa Qurbanlının Polşanın "Poqon" klubuna keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib: "Maraqlandıqlarını eşitmişəm. Amma rəsmi təklif yoxdur. Tam ciddi olandan sonra fikir bildirə bilərik. Ümumiyyətlə, belə qərarlarda çox diqqətli, həssas olmalıyıq. Futbolçumuz Avropaya getsin deyə bu addımı atıb, yana bilərik. Tam ciddi təklif olduğu halda götür-qoy etməliyik. Bu, sonranın müzakirə mövzusudur".
Mütəxəssis hansısa əcnəbi kluba baş məşqçilik edib-etməyəcəyi barədə bunları deyib: "Hazırda belə bir ehtimal yoxdur. Çox istərdim ki, "Qarabağ"a sadiq olum. Mənim daha məsuliyyətli olmağım bu kluba gəlməyimin sayəsində olub. Ona görə də buranı asanlıqla tərk etmək fikrində deyiləm. Həyatdır, qarşıda hər şey ola bilər. Əgər nə vaxtsa böyük bir kluba getsəm, "Qarabağ"ı daha üstün tatacağam".
Qurbanov Musa Qurbanlının əsas heyətdə meydana çıxmamasına da toxunub. O, "Əgər bir baş məşqçi 17 oyunda 11 qol vuran futbolçunu (Musa Qurbanlı) start heyətdə oynatmırsa, siz həmin məşqçiyə nə deyərdiniz?" sualını belə cavablandırıb: "Həmin baş məşqçinin öz oğlu olsaydı, heç nə deməzdim (gülür)".
Qurbanov "Qarabağ"ın prezidenti Tahir Gözəlin komandanın Konfrans Liqasının qalibi olmasını istəməsi haqda danışıb. O bunları söyləyib: "İstəyir dedikdə məncə, arzu edir. Bu, hamımızın arzusudur, istəyidir. Bəzən hər istədiyimizi əldə edə bilmirik. Bu, Tahir Gözəlin komandaya inamından irəli gəlir. Biz də çox istəyirik ki, daha da irəli gedək. Ölkədə futbolun inkişafı üçün böyük titulların çox köməyi olacaq. Buna çalışacağıq".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar