"Elvin Rüstəmova Allahdan rəhmət diləyirəm, ailəsinə başsağlığı verirəm. Ailəsinin yanındayıq. Oyuna gəldikdə, bilirdik ki, asan olmayacaq. Futbol üçün yaxşı olmayan məqama toxunmaq istəyirəm. Çox yaxşı infrastruktur yaradılıb, azarkeşlər gəlir, hər şey gözəldir. Amma meydança dəyişdirilsə, Azərbaycan futbolunun səviyyəsinin artması yönündə yaxşı olardı".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 17-ci turunda "Turan Tovuz"a səfərdə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis Tovuz şəhər stadionundakı süni ot örtüyündən şikayətlənib: "Mənə elə gəlir ki, futbolçular və Azərbaycan futbolu daha yaxşısına layiqdir. Çünki liqada daha yaxşı komandalar var. Avropada çıxış edən klublara sahibsiniz. Onlar daha yaxşısına layiqdirlər. Nəyə görə bunu vurğulayıram? Bu cür oyunlara hazırlaşmaq çətin olur. Rəqibi analiz edərkən, bilirik ki, üç müdafiəçi ilə oynayır, qol buraxmamaq üçün arxaya toparlanırlar. Lakin biz hər gün təbii ot örtüyündə məşq edirik. Bu cür hazırlaşdıqdan sonra, gəlib süni örtüyə çıxırsan və görürsən ki, futbolçular qorxaraq oynayır. Bunu başa düşürəm. İlk yarıda Fərid Yusiflini itirdik. Toqquşma zamanı zədə almadı. Ondan əvvəl zədəsi var idi. Görünürdü ki, futbolçular meydançaya görə, 100 faizini verməkdən qorxurdu. Biz mükəmməl futbolu yox, Bakıya üç xalla qayıtmağı düşünürdük".
Regekampf Kenni Sayefi sol cinah müdafiəçisi kimi oynatmasına toxunub: "Azər Salahlı sarı vərəqə almışdı. Onlar dəyişiklik etdikdən sonra rəqib 10 nömrəli oyunçunu həmin cinaha yerləşdirdi. Azərin ikinci sarı vərəqə almasını risk edə bilməzdim. Sol cinahda iki yerli oyunçumuz var. Azərə hörmətim var, böyük zədədən sonra qayıdıb. Oyundan-oyuna daha yaxşı olacaq".
Regekampf futbolçularının tez-tez zədələnməsi haqda da danışıb. O deyib: "Donyonun zədəsi qəribədir. 3-4 həftə əvvəl məşqdə zədələndi. Sizə başa sala bilmərəm ki, necə zədə alıb. Qaçarkən ayağı sürüşdü və elə zədə aldı ki, sümüyü ağrı verdi. MRT-yə baxıldı ki, heç nəyi yoxdur. Son matçda oynamağa çalışırdı. Həftəboyu ağrılar daha da möhkəmləndi. Zədəlilərimiz haqda danışsaq, çox qəribədir. Azər Əliyev son dəqiqədə zədələndi. Eddi İsrafilovun zədəsi xronikidir, məşqlərlə əlaqəsi yoxdur. Azər Salahlı əməliyyat edilmişdi. Fərid Yusiflidə də xronikidir. Çox güman ki, əməliyyat olunacaq. Digər zədələrə gəldikdə, futbolda normaldır. Düşünmürəm ki, bunlara nəzər yetirmək lazımdır. Zaman gəldikdə, imkan yarandıqda, yeniliklər edəcəyik. Hamımız istəyirik ki, “Neftçi” yuxarılarda qərarlaşsın, digər klublarla eyni səviyyədə oynayaq. Hamılıqla bunun üzərində işləyirik".
Çalışdırıcı oyunun son dəqiqələrində futbolçularının qələbə üçün vaxt aparması barədə bunları söyləyib: "Hər şey edildi ki, üç xal qazanılsın. Bu, normaldır, hər komanda edir. İndiki məqamda büdcə haqda danışmaq lazım deyil. Almaniya millisi evə getdi, Yaponiya pley-off mərhələsinə adladı. Gördük ki, İspaniya da evə getdi. Bəzən futbol sırf pulun üzərində qurulmur. Yaxşı pulun ola bilər, yaxşı komandan da olmalıdır. Oyunun sonlarında vaxt aparmaq qəribə deyil. Bu, komandanın xarakteridir. Hər böyük komanda risk etməmək üçün belə addımlar atır. Niyə risk etməliyik? 94-cü dəqiqədə ikinci qolu vurmaq üçün? 1:0 və 2:0 eyni şeydir".
Regekampf “Neftçi”nin qış transfer pəncərəsində hansı futbolçularla yolları ayıracağı ilə əlaqədar suala belə cavab verib: "Hazırda bu haqda danışmağa ehtiyac görmürəm. Çünki bizi qarşıda “Zirə” ilə çətin oyun gözləyir. Zədəlilərlə bağlı problemimiz var. İki oyunu oynadıqdan sonra rəhbərliklə toplantımız olacaq. Nə edə biləcəyimizə, hansı istiqamətdə addımlar atacağımıza baxacağıq".
Mütəxəssis komandanın kapitanı Emin Mahmudovun "Universitatya Krayova"ya keçəcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib: "Sarı mətbuatla aram yoxdur. Bu, doğru məlumat deyil. Düşünürəm ki, mətbuat konfransda da bu haqda danışmaq lazım deyil".
Regekampf sonda qış transfer pəncərəsində futbolçu alıb-almayacaqları ilə bağlı danışıb: "Bayaq dediyim kimi, bu yöndə müzakirələr aparırıq, işləyirik. Periodun bitməsini gözləməliyik. Çünki iki vacib oyunumuz var. İstəyirəm ki, komandam kubokda geridönüş yaradıb, yarımfinala adlasın. Həmin oyundan 3 gün sonra çempionatda ilin son matçı var. Bu gün ehtiyat skamyada 5-6 oyunçu əvəzedici heyətdən idi. “Zirə”dən sonra axırıncı matça hazırlaşmaq daha çətin olacaq. Kubokda növbəti mərhələyə adlasaq, daha yaxşı atmosferin olması mümkündür. Futbolda hər şey olur. Bu, baş verməyə də bilər. Ona görə, bu mövzu haqda danışmaq istəmirəm ki, oyunçular konsentrasiya olsun. Ümidvaram ki, ili yaxşı bitirərik".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar