"Neftçi"nin məşqçisinə 5 oyunluq cəza

"Neftçi"nin məşqçisinə 5 oyunluq cəza
ÖLKƏ FUTBOLU 15 Dekabr 2022 / 15:44 1619
-  A +

“Neftçi”nin ikinci komandasının baş məşqçisi Rəşad Abdullayev cəzalandırılıb.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib.

O, 1-ci divizionun 14-cü turunun “Araz Naxçıvan” - “Neftçi-2” oyununda baş verənlərə görə cəza alıb. Mütəxəssis oyunun 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılıb. Abdullayev 5 matçlıq cəzalanıb və klub 400 manat cərimə edilib.

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner