AFFA-dan cəza və cərimələr

AFFA-dan cəza və cərimələr
ÖLKƏ FUTBOLU 15 Dekabr 2022 / 15:20 856
-  A +

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun 1/4 finalında keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib. 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Kəpəz” - “Turan Tovuz” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail” - “Sabah” oyununda qonaq komandanın futbolçusu Nicat Mehbalıyev oyunun 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail” - “Sabah” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner