Rumıniya klubu Emin Mahmudovu transfer etmək istəyir

Rumıniya klubu Emin Mahmudovu transfer etmək istəyir
ÖLKƏ FUTBOLU 15 Dekabr 2022 / 13:36 5056
-  A +

Rumıniyanın "Universitatya Krayova" klubu "Neftçi"nin futboçusu Emin Mahmudovu transfer etmək istəyir.

Qol.az xəbər verir ki, bu barədə "Oltenia TV" məlumat yayıb. Bildirilib ki, Bakı klubunun baş məşqçisi Laurentsiu Regekampf Rumıniya təmsilçisinə keçsə, millimizin üzvünü də özü ilə aparmağı planlaşdırır. Bu transferin 2022/2023 mövsümünün sonu gerçəkləşə biləcəyi vurğulanıb.

Xəbərdə E.Mahmudovun "Neftçi" ilə müqaviləsinin gələn ilin iyununda başa çatacağı xatırladılıb.

Qeyd edək ki, L.Regemakpfın yenidən  "Universitatya Krayova"da çalışa biləcəyi barədə xəbərlər yayılıb. O, 2021/2022 mövsümündə də sözügedən klubda işləyib.

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner