"Azarkeşlərimizi təbrik edirəm. Qış fasiləsinə kimi bəlkə də sonuncu yerdən qurtulduq. Qışdan sonra oyunumuzu daha da yaxşılaşdıracağıq. Matç həddən artıq gərgin keçdi. Əsasən də birinci hissə. Qol vurandan sonra rəqib tərəfdən böyük təzyiqlə üzləşdik. Futbolçularım bunun öhdəsindən gələ bildilər. İkinci hissədə daha rahat idik. İkinci qolu da vurduq. Əks-hücumlarda epizodlar yaxalaya bildik".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 17-ci turunda evdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Turnir cədvəlində vəziyyətimizə görə 3 oyundan 7 xal toplasaq da, rəqiblərimizdən çox irəli gedə bilmədik. Bu gün bir oyunda məğlub olsaq, yenə sonuncu yerə düşə bilərik. Bunun üzərində dayanmayaq, daha da yaxşılaşaq. Qışdan sonra evdəki oyunlar önəmli olacaq. Bunları qalibiyyətlə başa vura bilsək, oyunumuzu da tapmış olarıq. Təlim-məşq toplanışı da bizə kömək olacaq" - deyə o bildirib.
Mütəxəssis bu matçda 16 yaşlı Nihat Əhmədzadəni meydana buraxması ilə bağlı söyləyib: "Onda potensial var. Burada yaşayıram, Sumqayıt futboluna yaxın adamam. Komandaya gəlməmişdən də bilirdim ki, burada belə bir uşaq var. Uşaq vaxtı Türkiyəyə də gedib. Potensialı var. Biz gələndən sonra artıq məşqlərimizə də qoşulurdu. Futbolçuya birinci lazım olan şey insanlıqdır. Bu, Nihatda yüksək səviyyədədir. Birinci onun valideynlərinə "sağol" düşür ki, bu cür uşaq böyüdüblər. Bundan sonra nə olacağı isə bizə aid olan bir şeydir. Azərbaycanlı futbolçuların "çaşma" məsələsinə gəlirəm. Mənim üçün yaş fərqi yoxdur. Burada işləyəndə Səbuhi Abdullazadəni birinci dəfə biz oynatmışıq. İndi görürsüz ki, hansı səviyyəyə çatıb. Nihatda da bunu görürük. Belə futbolçularımız yetişsin ki, kompüterin qabağında legioner axtarmayaq".
O, növbəti turda qarşılaşacaqları Sabah"ın güc baxımından demək olar ki, eyni səviyyədə olan komandalarla görüşlərdə xal itirdiyini vurğulayıb: Biz isə fərqli səviyyəli rəqiblərlə oynamışıq. Bizim yanımızda olan "Kəpəz" və üst sıralarda olan "Qəbələ". "Sabah"a qarşı başqa oyun oynamalıyıq. "Sabah"ın son matçları eyni məcrada keçib, sadəcə qələbə qazana bilməyiblər. Düşünürəm ki, qeyri-adi şeylər baş verməsə, bizimlə də eyni oyun olacaq. Sözünün canı odur ki, "Kəpəz", "Səbail" hansısa anda bizi bağışlayırdısa, vura bilmirdisə, inanmıram ki, "Sabah"la qarşılaşmada belə bir şey olsun. Bu yöndə diqqətli olmalıyıq. Həmin boşluqları "Sabah"a versək, meydandan suyu süzülə-süzülə çıxacağıq.
S.Abasovun sözlərinə görə, klub rəhbərliyi ilə qış hazırlıq planı ilə əlaqədar hər gün danışırlar: "Dünən gecə saatlarında bazanı tərk etmişik. Artıq planlarımız bəllidir. Yanvarın 5-i Antalyaya gedəcəyik. Orada yoxlama oyunlarımız olacaq. Transferlər də edəcəyik. Komandadan gedənlər də olacaq. Amma ad vermək istəmirəm"
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar