Misli Premyer Liqasında qış çempionu bəlli olub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 17-cu turda müəyyənləşib. “Qarabağ” ilin son turu ərəfəsində qış fasiləsinə 1-ci pillədə yollanacağını təmin edib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Azersun Arena”da “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib. Bununla da çempionatın lideri xal hesabını 47-yə çatdırıb. Ağdamlılar iki matçı qalan “Sabah”ı artıq 8 xal qabaqlayır.
“Qarabağ” tarixində 9-cu dəfə yeni ili lider kimi qarşılayacaq. Ağdam klubu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 və 2021/22 mövsümlərinin ilk yarısını zirvədə tamamlayıb.
Bununla da “Qarabağ” “Neftçi”yə məxsus olan rekordu təkrarlayıb. Bakılılar da 9 dəfə qış fasiləsinə lider kimi yollanıb. “Ağ-qaralar” 1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21 mövsümlərinin qış çempionu olublar. “Kəpəz” 1993/94, 1997/98, 1998/99, “Şamaxı” 2008/09, 2009/10, 2012/13 mövsümlərinin fasiləsinə lider kimi yollanıb. “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), "Xəzər Lənkəran" (2006/07) və “Şüvəlan”ın (2007/08) bir uğuru var.
Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar