"Dünyasını dəyişən jurnalist Elvin Rüstəmova Allah rəhmət eləsin, ailəsinə səbr diləyirəm. Bizim üçün çox vacib oyun idi. Sonlara doğru komandada istər-istəməz fiziki və psixoloji yorğunluq olur. Bu gün futbolçularım meydanda yaxşı mübarizə apardılar".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 17-ci turunda bu gün "Qəbələ" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:0 hesablı qələbəni belə şərh edib: "Ola bilər ki, bəzi düşündüklərimiz alınmadı, amma buna baxmayaraq sona kimi yaxşı mübarizə apardıq. Futbolçular qalib gəlmək üçün çox güc sərf etdilər. Son vaxtlar yaxşı formada olan bir komandaya qarşı oynadıq. "Qəbələ"nin oyunçuları bir-birilərini çox rahat anlayırlar. Kubok oyununda da, bu gün də bunun şahidi olduq. Vacib 3 xal qazandıq. Futbolçularımı təbrik edirəm. Təəssüf ki, atmosfer baxımından sanki sıradan bir oyun idi. Azarkeşlər az idi. Amma işimiz budur. İşimizdə məsuliyyətli və diqqətli olmalıyıq. Qarşıdakı matçlara hazırlaşacağıq".
Q.Qurbanov komandasında məhsuldarlığın aşağı düşməsi ilə bağlı deyib: "Bəzi fikirlər söyləmək olar. Bəlkə də təsadüf demək düzgün çıxmaz. Yorğunluq var idi. Bu, get-gedə qaydasına düşür. Futbolçular özlərinə gəlirlər. Ola bilər motivasiya da bir o qədər yoxdur. Avrokuboklarda 30 min azarkeş qarşısında oynayırıq. Bu gün tribunada nə qədər adam olduğunu saymaq olardı. Futbolu sevdirən azarkeşdir. Onlar futbolçuları daha həvəsli, istəkli edirlər. Bunun təsiri ola bilər. Bəzən komandaların məhsuldarlığı aşağı olur, bəzən yuxarı. Hər bir halda bunu yaxşılaşdırmalıyıq. Hər oyun vacibdir. Epizodlardan maksimum yararlanmaq lazımdır".
Baş məşqçi qış fasiləsində komandanın gücləndirilməsi istiqamətində işlər aparıldığını da bildirib: "Hər oyundan sonra deyirəm ki, axtarışdayıq. Çox istərdik ki, komandaya bir neçə oyunçu cəlb edək. Bu yöndə iş gedir".
Q.Qurbanov "DÇ-2022-nin finalında hansı komandaları görmək olar" sualını isə belə cavablandırıb: "Dəqiq cavabı sabah axşam demək olar (gülür). Dörd komandadan ikisi finalda olacaq. Kim layiqdirsə, onu gözləyəcəyik".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar