"Zirə" topa sahibolmada möhtəşəmdir. Onların oyunlarını təhlil etmişdik və bilirdik ki, bizi ağır matç gözləyir. Sevinirik ki, futbolçularımız oyundan öncə legionerlərlə eyni səviyyədə tutulur. Bu şəraiti də oyunçularımız özü yaradıb. O səviyyəyə gəlib çatıblar. Amma bu, istədiklərimizə nail olduğumuz demək deyil".
Qol.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 17-ci turunda evdə "Zirə" ilə heç-heçə etdikləri matç (0:0) barədə danışarkən deyib. O, görüşdən sonra təşkil olunan mətbuat konfransında oyuna görə futbolçularına təşəkkür edib:
"Düzdür, əvvəl başlayanda, bir neçə tur istədiyimiz oyunu göstərə bilirdik, nəticələr istədiymiz kimi deyildi. Lakin ümidimiz var idi. Neçə turdur ki, xal itirmirik, sevinirik. "Zirə"yə uğurlar arzulayıram. Belə oyunların sayı çox olsa, futbolçularımız inkişaf edər. Futbolçularıma təşəkkür edirəm. Ehtiyatda oyunçularımız kifayət qədər deyil. Çalışırıq ki, əlimizdə olanlarla "Neftçi" oyununa yaxşı hazırlaşaq".
Əsgərli qol şanslarından yararlana bilməməkləri haqda bunları söyləyib: "Bəzi epizodlardan istifadə edə bilməmək, təcrübəsizlikdən irəli gəlir. Futbolçularım oyundan-oyuna inkişaf edirlər, artırırlar. "Zirə"nin heyətində kifayət qədər təcrübəli qapıçı və müdafiəçilər var. Ona görə də, qol vurmaq alınmır. Həyəcan yox idi. Çünki futbolçulara izah edirik ki, itirəcək bir şey yoxdur. Nə barədə? Ölüm-itim olmur, futboldur də".
Çalışdırıcı növbəti turda "Neftçi" ilə qarşılaşacaqları oyuna da toxunub: "Hər oyuna eyni hazırlıqlaşırıq, köklənirik. "Neftçi" möhtəşəm komandadır. Səfərdə bizi çətin oyun gözləyir. İnanıram ki, futbolçularım uğurlu seriyanın davamını gətirəcəklər".
Mütəxəssis klubun qış transfer pəncərəsindəki planları haqda deyib: "Danışıqlarımız gedir, amma ad çəkmək istəmirəm. Gənc oyunçular var ki, onlarla danışırıq, gətirmək istəyirik. Bizə qoyulan limit bitib deyə, icarəyə oyunçu götürə bilmirik. Yəqin ki, birbaşa heyətimizə qatarıq".
V.Əsgərli "Şamaxı"nı ikinci dövrənin komandası adlandırmaq olar?" sualını bu cür cavablandırıb: "Hər dəfə eyni sual olur. Həm sevinirəm, həm də kədərlənirəm. Keçmişə baxanda da, biz baxımlı oynayırdıq. Amma nəticə istədiyimiz kimi olmurdu. Lakin biz oyuna baxırdıq və inanırdıq ki, nəticə gələcək. İkinci dövrənin ən yaxşısıyıq deyə bilərəm".
V.Əsgərli "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqovun ancaq Cavid Hüseynovun adını qeyd edərək komandanı tərifləməsi haqda da danışıb. O deyib: "Hər dəfə demişik ki, komandamızda iki baş məşqçi var. Rəşad Sadıqov ikisini də deyəsi deyil. Bizim üçün fərqi yoxdur".
Əsgərli Sadıqovun bu addımının onu qıcıqlandırmadığını vurğulayıb: "Əlbəttə ki, bu, məni qıcıqlandırmır. "Şamaxı"da tək Cavid və Vüqar yox, hamının əməyi var".
Baş məşqçi sonda təcrübəli futbolçusu Elvin Məmmədovun meydanda olmaması haqda fikirlərini bölüşüb. O, sözügedən futbolçununun yoxluğunun oyuna təsir edib-etməməsi ilə bağlı bunları deyib: "Onu Qurban Səfərov əvəzləmişdi. Gənc və perspektivlidir. Qurban Elvini istədiyimiz kimi əvəzləyə bilmədi, amma layiqli oynadı, bəyəndik. Elvinin yeri görünür, çünki təcrübəlilərimizdən biridir. Elvinin meydanda və kənarda futbolçularımıza çox köməyi dəyir".
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq