"İlk hissədə rəqib meydanda bizdən daha yaxşı görünürdü. Amma fasilədən sonra oyunu nəzarətimizə aldıq, üstünlük bizim tərəfimizdə idi. Təəssüflər olsun ki, bunu nəticəyə çevirə bilmədik. İki fərqli hissə izlədik".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 17-ci turunda "Şamaxı" ilə heç-heçə etdikləri (0:0) matç barədə danışarkən deyib. O, görüşdən sonra təşkil olunan mətbuat konfransında rəqibin yaxşı çıxış etdiyini bildirib:
"Bəlkə də, oyunun ədalətli nəticəsi elə bərabərlik idi. Qələbə qazanmaq istəyərdik. "Şamaxı" son 7-8 oyundan yalnız "Qarabağ"a uduzub, digər görüşlərdə inamlı və etibarlı çıxışları hökm sürür. Bu gün onların yüksəlişdə olduğunu hiss etdik. Futbolçular rahat oynayır. Cavid Hüseynovu təbrik etmək istəyirəm, yaxşı komanda qurub. Özünəuyğun oyun fəlsəfəsi var, komandadakı futbolçuların hamısı yerlilərdir. Xüsusən də, gənclər oynayır. Bu, bizi sevindirir. "Şamaxı"ya və Cavid Hüseynova uğurlar arzulayıram".
Sadıqov görüşdəki məcburi əvəzetmə ilə bağlı bunları deyib: "Son dönəmdə zədəlilərimizin sayı çoxalıb. Sıx qrafikdəyik, həm də ilin sonudur. Ola bilsin ki, bununla bağlıdır. Amma belə baxanda, o qədər də, çox oyun keçirməmişik. Dörd aya 14-15 matç oynamaq normaldır. Futbolçularımız qəribə zədələr alırlar. Mehdi Cənnətov topu çıxaranda zədələndi. Rüstəm Əhmədzadə "Turan Tovuz" ilə oyunöncəsi evə sağlam getdi, sabah isə məşqdə zədələndi. Təmkin Xəlilzadə və Mohamed Hamdaui dünən fərdi məşqlər ediblər. Məcburiyyətdən onları meydana buraxdıq. Mehdi Cənnətov və Dimitrios Çantakiasın da zədələnməsi adamı məyus edir. İkinci hissədə hücumu gücləndirməliydik, amma adam yox idi. Ona görə, heyəti genişləndirmək lazımdır. Həm də, təhlil etməliyik ki, bu qədər zədələnmələrin səbəbi nədir".
Mütəxəssis oyunçularının "Şamaxı" ilə görüşdə Azərbaycan kubokunun 1/4 finalında "Neftçi" ilə keçirəcəkləri cavab matçını düşünərək oynayıb-oynamadıqları haqda sualı belə cavablandırıb: "Əgər "Neftçi" ilə kubokdakı oyunun bugünkü görüşə təsir etməsindən danışırıqsa, onda keçmişdəki matç barədə deməliyik ki, çox güc sərf etdik. Bu qədər oyunçular zədələndi. Bəlkə də, müəyyən futbolçulardan 45 dəqiqə istifadə etsəydik, daha effektli olardı. Bir həftəki oyuna görə, bu gün motivasiya ilə oynamamaq...Qəti şəkildə ola bilməz. Çünki hər xalın nə qədər vacib olduğunu görürük, futbolçular da bunu başa düşür. Sadəcə olaraq, "Şamaxı"nın bugünkü çıxışını qeyd etmək lazımdır. Mütləq. Bəlkə də "Şamaxı" məni çempionatda ən narahat edən komandalardan biridir. Onlar ilk dövrədə ardıcıl məğlubiyyətlər alanda da bunu qeyd edirdim. "Şamaxı"nın potensialı görünürdü. Ən vacibi odur ki, futbolçularla məşqçi arasında uyum var. Bu, komandanın uğurlu çıxış etməsində ən vacib amillərdəndir. Futbolçular məşqçini yaxşı başa düşür, onun nə istədiyini bilirlər. Üzərilərində stress yoxdur, rahatdırlar. Bu da, sona qədər mübarizə aparmalarına şərait yaradır".
Çalışdırıcı rəqibin oyunçusu Cəlal Hüseynovun idman prinsipiallığı haqda bunları deyib: "Buna fikir vermirdim. Çünki diqqətim daha çox öz komandamda idi. Olubsa da, lap yaxşı. Yəqin ki, hər oyuna o cür prinsipiallıqla çıxır. Düşünmürəm ki, sırf "Zirə"yə qarşı əlavə motivasiyası, prinsipi olsun".
Sadıqov Azərbaycan kubokunun 1/4 finalında "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu haqda fikirlərini bölüşüb. "Oyuna köklənmək haqda danışmaq üçün çox tezdir. Çünki bütün fikrimiz "Şamaxı" ilə bağlı idi. Sabah bərpa prosesi keçib, birigün istirahət edib, daha sonra "Neftçi" ilə matç haqda düşünəcəyik. Futbolçularımıza uyğun oyun planı, oyun sistemi və heyət müəyyənləşdirəcəyik. Ondan sonra bütün komanda ilə matça köklənəcəyik ki, nəticə istədiyimiz kimi olsun. Tam heyətlə oynasaq da, rəqib "Neftçi"dir, səfərdə çıxış edəcəyik. Liderlə xal fərqi böyükdür, bütün fikirlərini kuboka yönəldiblər. Bilirik ki, bizi maraqlı və gərgin oyun gözləyir. Çalışacağıq ki, nəticə istədiyimiz kimi olsun".
Sadıqov sonda "Şamaxı"ilə oyunun dördüncü hakimi Kamal Umudlu ilə söhbət etməsinə də toxunub: "Mübahisə etmirdim, söhbət edirdim. Çılğıncasına olur. Hansısa epizoda irad bildirirsən. Ümumiyyətlə, mənim Kamalla dialoqum aqressiv olmayıb".
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq