"Hazırda turnir cədvəlində yuxarı yerlərdəki durum çempionatı kimin hansı pillədə başa vuracağına işarə verir. Çünki "Qarabağ", "Sabah" və "Neftçi" xal fərqi cəhətdən bir-birindən əməlli-başlı aralanıblar".
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, Misi Premyer Liqasındakı hazırkı durum haqqında danışıb.
Kərimovun fikirlərinə görə, çempionatımızın turnir cədvəlinin ilk pillələrindəki vəziyyət sonadək davam edəcək. O düşünür ki, "Qarabağ" yerli çempionatın qalibi olacaq, "Sabah" 2-ci, "Neftçi" isə 3-cü yeri tutacaq: "Qarabağ" və "Sabah" arasındakı xal fərqi "Neftçi" ilə "Sabah" arasındakı fərqdən daha azdır. Amma "Sabah"ın "Qarabağ"a çatması üçün gərək, "Qarabağ" yarışın sonunadək aşağı performans göstərsin. İstənilən halda "Qarabağ" əsas heyəti ilə, tam gücü ilə oynasa, "Sabah"ın onlara çatması, 1-ci yeri əldə etməsi çox çətin görünür. "Neftçi" isə bu il ümidini yalnız Azərbaycan kubokuna yönəldib. Onlar kubokda nəticə əldə etmək istəyəcəklər. Çünki bu, "Neftçi" üçün son şansdır. Əvvəlki 2 mövsümə baxsaq, görərik ki, 1-ci yeri, daha sonra 2-ci yeri tutublar. Bu mövsüm isə 32 xalları var. "Sabah"la aralarında 7 xallıq fərq var. Bu, çox böyük fərqdir".
Kərimov qeyd edib ki, 4-cü pillədəki "Zirə"nin 3-cü yerdəki "Neftçi"yə çatmasını real hesab etmir: "Zirə", "Qəbələ", "Turan Tovuz".. "Zirə"nin "Neftçi"yə çatması da o qədər də real görünmür. Mən buna futbolçu potensialına görə qiymət verirəm. Aşağı pillədə olan klublarımızın futbolçularının potensialları və imkanları yuxarıdakı 3 komandadakı kimi deyil. Onlar normal şəkildə 4-cü 5-ci yerlə uğrunda mübarizə aparacaqlar. "Zirə" və ya "Qəbələ" 4-cü yerə sahib olacaq. 4-cü yeri tutmaq onlara Konfrans Liqasında çıxış etməyə şərait yaradacaq".
Mütəxəssis sıralamanın sonuncu yerlərindəki komandaların durumu haqqında da danışıb: "Sumqayıt" sonuncu pillədədir. Əslində çempionatın əvvəlində onlar aldıqları futbolçularla daha çox şeyə vəd edirdilər. Ən azından 3-cü-4-cü yerlər uğrunda mübarizə aparmalı idilər. Amma belə görünür ki, transfer siyasətləri yanlış olub. İstədikləri futbolçuları və ya düzgün oyuçuları cəlb edə bilmədilər. Baş məşqçi dəyişikliyi də oldu. Nəticə etibarı ilə "Sumqayıt" sonuncu pillədədir. Hazırda Samir Abasov qış transfer pəncərəsində böyük işlər görməlidir. Buna nə dərəcədə imkanları yaranacaq, klubun büdcəsi var, ya yox, bilmirəm. Amma indiki durumu dəyişmək üçün 100 faiz transferlər etmək lazımdır. Çünki mövsümün əvvəlindəki maddi vəziyyətə nəzərən sonuncu pillədə olmalı deyildilər. "Şamaxı" isə özünü yaxşı göstərib axırıncı yerlərdən aralana bilmişdi. Amma bu, hələ heç nə demək deyil. İstənilən halda 7-ci pillə ilə 10-cu pillə arasında ümumilikdə 3 xal fərq var. İstənilən oyunda rotasiyalar baş verə bilər. Kimin sonuncu, kimin isə axırdan 2-ci yeri tutacağı hələ də bəlli deyil. Bu barədə nə isə demək çətindir".
Kərimov sonda bildirib ki, komandaların durumu və çempionatdakı mövqeyi cəhətdən turnir cədvəlini 3 hissəyə bölmək olar: "Turnir cədvəlini 3 hissəyə bölmək olar: Üst yerlər - 1-ci-3-cü pillələr arası komandaları, yəni, "Qarabağ", "Sabah" və "Neftçi"ni buraya daxil edərdim. 2- mövqedə orta pillədəki komandalardır. "Zirə, "Qəbələ" və "Turan Tovuz" buraya aiddir. Onlar axırıncı yeri tutası deyillər. Bu, aydındır. Bir də sonuncu mövqe var. 7-10-cu pillədəki komandaları - "Şamaxı", "Səbail", "Kəpəz" və "Sumqayıt"ı da buraya aid edərdim".
Nur Zeynalova
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar