Azərbaycanlı hakimlər oyundan qayıdarkən qəzaya düşdülər

Azərbaycanlı hakimlər oyundan qayıdarkən qəzaya düşdülər
ÖLKƏ FUTBOLU 11 Dekabr 2022 / 00:10 4506
-  A +

Azərbaycan birinci divizionunun 14-cü turunun ötən gün keçirilən  "Mingəçevir" - "Qaradağ Lökbatan" oyununun hakimləri Bakıya qayıdarkən avtomobil qəzasına düşüblər.

Qol.az xəbər verir ki, Yevlaxda baş verən qəzada toqquşan maşınlardan birində hakimlər - Rövşən Rəcəbov, Elmin Süleymanov, Rəsul Babayev, Asif Abdullayev və qarşılaşmanın hakim-inspektoru Ceyhun Haşımov olub.

 Ceyhun Haşımov və Elmin Süleymanovun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Qəza nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner