Messi Xorvatiya ilə oyun haqda

Messi Xorvatiya ilə oyun haqda
ÖLKƏ FUTBOLU 10 Dekabr 2022 / 16:48 5198
-  A +

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-ni yarımfinalında Xorvatiya ilə keçirəcəkləri matç barədə danışıb.

Qol.az xəbər verir ki, 35 yaşlı hücumçu oyunun çətin keçəcəyini deyib: 

“Çətin matç olacaq. Xorvatiya göstərir ki, bu, əla komandadır. Braziliya ilə bərabər səviyyədə oynadılar. Bəzən Braziliyanı da qabaqlayırdılar.

Xorvatiya əvvəlki dünya çempionatından bəri eyni məşqçi ilə işləyir (Zlatko Daliç - red). Onlar bir-birlərini çox yaxşı tanıyırlar. Bu, yarımfinaldır və çox çətin olacaq”.

Qeyd edək ki, Xorvatiya - Argentina oyunu dekabrın 14-ü keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner