"Əsl kubok oyunu idi. Gərgin keçdi. Bu gün əvvəlki oyunlara nisbətən daha yaxşı idik. Yaxşı hücumlar qurduq, qollar vurduq. Uşaqlar daha çox istəkli, aqresisv idilər. Rəqibin azlıqda qalmasına baxmayaraq, "Sabah" kimi komandaya yaxşı qollar vurduq".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan kubokunun 1/4 finalında "Sabah"a qalib gəldikləri (3:2) ilk oyun barədə danışarən deyib. O, görüşdən sonra təşkil olunan mətbuat konfransında cavab oyununun gərgin keçəcəyini bildirib:
"Əfsuslar olsun ki, sona yaxın sadə epizodlarda qollar buraxdıq. Hesab 3:1 olarkən təkbətək çıxdığımız halda qol vura bilmədik. Qol olsaydı, cütün taleyi həll olunacaqdı. Bizi gərgin cavab görüşü gözləyir. Hələ heç nə həll olunmayıb. Yaxşı hazırlaşıb, bugünkü oyunu cavab matçında da göstərməliyik. Bu qarşılaşmanı yaddan çıxarıb, "Sumqayıt"la görüşə hazırlaşacağıq".
Qurbanov mövsümdə ən yaxşı oyunlarını keçirdiklərini deyib: "Məncə, bu mövsüm ən yaxşı oyunumuz idi. Futbolçular meydanda yaxşı mübarizə apardılar. Futbol oynamaq istədilər. Hər halda, topun kontorlu bizdəydi, hücumlar edirdik. Yaxşı oyun gördük. Qarşıda bizi çətin cavab matçı gözləyir. Qalibiyyət komandada özünəinam, qələbə ruhunun qayıtması baxımından çox vacib idi".
Mütəxəssis oyunun sonlarına yaxın 2 ql buraxmaları barədə bunları söyləyib: "Arxayınlaşma da var idi. 3:0-dan sonra bir az rahatlaşma, diqqətsizlik ucbatından qollar gördük. Əslində, belə olmamalıydı. Amma 4-cü qol şansımız da var idi. Futbol 90 dəqiqədir. Əsas odur qələbə qazandıq. Bu, bizə lazım idi. Qarşıdakı oyunlara hazırlaşacağıq və istəyirik ki, belə səhvlərə yol verməyək".
Çalışdırıcı "Oyundan öncə 0:0-a razı olardınız?" sualını belə cavablandırıb: "Çətin sualdır. "Sabah" bu il daha yaxşı komandadır, yaxşı nəticələr göstərirlər. Futbolçular bu gün qələbəyə layiq idilər. İstəkli idilər. Qələbə haqqımız idi. Nəsə demək çox tezdir".
"Qarşıda "Sumqayıt"la görüş var. Bu gün göstərdiyimiz oyunu davam etdirməliyik. Nəticə nə olursa-olsun, hər komandanın oyun üslubu var. Biz də istəyirik bununla nəticə qazanaq. İstəyərdik ki, qələbələr ardıcıl olsun" - deyə Mahmud Qurbanov sonda bildirib.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar