"İnter"in və İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Barella hesab edir ki, Avropa çempionatının və Amerika kubokunun qaliblərinə dünya çempionatında iştirak üçün birbaşa vəsiqə verilməməsi haqsızlıqdır.
Qol.az xəbər verir ki, "La Gazzetta dello Sport"a müsahibəsində 25 yaşlı futbolçu mundila seçimlərlə bağlı narazılığını ifadə edib. “Mən hələ də Qətərdə keçirilən Dünya Kubokunda heç bir matça baxmamışam. Çünki hələ nə hisslər keçirdiyimi anlamıram, bu nəhəng məyusluqdan uzaqlaşmamışam. Deyirlər, meydandakı nəticə reallığı əks etdirir. Amma budəfəki nəticənin ədalətsiz olduğunu düşünürəm. Biz dünya kubokuna düşə bilmədik. Növbəti dəfə bununla başqası üzləşə bilər. Hesab edirəm ki, Avropa çempionatının və Amerika kubokunun qaliblərinə dünya çempionatında birbaşa oynamaq hüququ verilməlidir" - deyə Barela bildirib.
O deyib ki, ola bilər, DÇ-2022-də 1/4 finalın hansısa oyununa baxsın: "Bəlkə də izlədim. Klubdakı yoldaşlarımdan biri qalib gəlsə, sevinərəm. İstərdim ki, bu, Marselo Brozoviç (Xorvatiya millisinin oyunçusu - red.) olsun, finalda məğlubiyyətin qisasını ala bilsin".
Qeyd edək ki, İtaliya millisi sonuncu Avropa çempionatının qalibidir. "Skaudra Adzurra" pley-off mərhələsində Şimali Makedoniyaya məğlub olduqdan sonra DÇ-2022-nin final mərhələsində oynamaq hüququnu itirib.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki