"Matçı sönük görmək olardı. Amma əsl kubok oyunu idi. Hər iki komanda qalib gəlmək istəyirdi. Qarşımızda çox yaxşı "Qəbələ" var idi. Bəlkə də qələbəyə layiq idilər".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalında "Qəbələ" ilə bu gün keçirilən ilk oyundan sonra mətbuat konfransında deyib.
O, 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib: "Meydanda oyun ritmindən uzaq olan futbolçular çox idi. Hər halda, istəkli idilər. Çox şey alınmırdı. Amma get-gedə bacardıq. Müdafiə xəttində bir az diqqətsizliyə görə bərabərlik oldu. Cavab oyunu var. O bundan da maraqlı olacaq. Əsl kubok ab-havası olacaq. Hər iki komandanın itirəcəyi bir şey yoxdur. Bəlkə də, oradakı qarşılaşma daha maraqlı olacaq. "Qəbələ"yə uğurlar arzulayıram.
Q.Qurbanov "Qəbələ" ilə ardıcıl oyunlarının olması ilə bağlı isə deyib: "Məcburuq oynamağa. Üç oyun bir komandaya qarşı oynamaq futbolçular üçün xoş deyil. Əfsuslar olsun ki, vaxtımız yoxdur. İllərlə belə hallar olub. Gərək belə matçlarda daha da peşəkar olasan. Diqqətli olmaq lazımdır. Üç oyun dalbadal oynasan da, hər matçda əvvəlkindən daha istəkli olmalısan".
Çalışdırıcı matça gəlməyən “İmarət” fan-klubunun yoxluğunu hiss etdiklərin bildirib: "Olmayanda həmişə hiss edilir. Sanki stadion boş idi. Azarkeşsiz futbol, futbola bənzəmir. İlk dəqiqələrdən hiss olunurdu".
Q.Qurbanov "Neftçi" ilə oyunda azarkeşlərlə bağlı olayda AFFA, PFL və "Qarabağ"dan bəyanat gəlməməsinə münasibət bildirib, O, "Sizə elə gəlmir ki, PFL piarı düzgün qurmur və azarkeşləri stadiona cəlb edə bilmir" sualını cavablandırıb:
"Neftçi" ilə oyunda belə hallar ilk dəfə deyil. Dəfələrlə görmüşük. Avropa futbolunda da var. Belə etirazlar, qarşıdurmalar daim olub. Polislə azarkeşlər arasında belə hallar olur. Yazılı olmasa da, şifahi olaraq azarkeşlərimizlə maraqlanmışıq. Bəlkə, bizdən asılı olmayan hallar var. Təbii ki, hər bir halda azarkeşləri küsdürmək olmaz. Onlarsız futbol maraqlı olmur. Azarkeşlərlə münasibətimiz həmişə yaxşı olub. Mənə aid olmayan hissədir. Həmişə klub olaraq onların yanındayıq. Problem olubsa, çatışmazlıq olubsa, aradan qaldırırlar. Azarkeşə futbolu sevdirmək lazımdır. Nəticələr və futbolumuzla. Bəzən də, rəhbərlik hansısa addım atmalıdır. Azarkeşlər burada olmasa da, yanımızda hiss edirdik. Tez bir zamanda aradan qaldırılası məsələdir. Yaxın vaxtlarda stadionda olarlar".
Baş məşqçi "Qarabağ"ın futbolçusu Kadi Borgesin Polşa millisində oynamaq ehtimalı haqda deyib: "Çünki kluba heç bir rəsmi məlumat verilməyib, təklif olunmayıb. Sadəcə buna adi söz kimi baxıram. Rəsmi təklif gələndən sonra bu barədə ətraflı danışarıq. Qərar vermək lazım olsa, bunu edərik".
Q.Qurbanov zədəsini sağaldan Abbas Hüseynovun hazırlıq durumunun yaxşı olduğunu bildirib: "Sabahdan komanda ilə tam məşqlərə başlayacaq. Qarşıdakı oyunlarda sağlam olması gözlənilir".
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq