"Bu gün pis oynadıq. Yaratdığımız qol epizdoları alınmırdı. Rəqib demək olar ki, bütövlükdə müdafiədə oturmuşdu və bizi əks-hücumda tutmaq istəyirdi. Oyunboyu bir epizodları oldu, onu da qola çevirdilər. Növbəti oyuna hazırlaşacağıq. Yarımfinala adlamaq istəyiriksə, iki qolla qalib gəlməliyik. Futboldur, mümkünsüz heç nə yoxdur".
Qol.az xəbər verir ki, bu sözıəri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan kubokunun 1/4 finalında bu gün "Zirə"yə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Yerli oyunçu ilə bağlı problemlərimiz var idi. Eddi İsrafilov zədələndi. Azər Salahlı da tempi eyni səviyyədə qoruyub-saxlaya bilmir. Bu da normaldır. Zədədən qayıdıb. Dəyişikliklər etdik. Düşünmürəm ki, sonradan meydana daxil olanlar pis oynadı. Döyüşdülər. Bütün oyunçuları ilə cərimə meydançasında müdafiə olunan komandaya qarşı oynamaq asan deyil. Növbəti oyun üçün çıxış yolu axtarmalıyıq. Ümid edirəm ki, Eddinin zədəsi ciddi olmayacaq və növbəti matçda komandaya kömək edəcək".
Komandada "Qarabağ"a ağır məğlubiyyətin (0:4) təsiri qaldığını deyən Rekekampf mərhələni keçəcəklərinə inandığını da bildirib: "Məncə, təsir etməli idi. "Qarabağ"la oyun haqda danışmalı deyilik. Bu gün fərqli turnirdir. Düşünürəm ki, komandada keyfiyyətli oyunçular var. Onlar hamısı kişidirlər. Bu cür vəziyyətlərdən çıxış yolu tapmalıdırlar. Futbolda belə şeylər baş verir. İnanıram və əminliklə deyə bilərəm ki, iki oyunun nəticəsində daha yaxşı olacağıq".
Baş məşqçis komandadan göndəriləcək futbolçular haqda indi danışmaq istəmədiyini qeyd edib: "Gəlin, qarşıda bizi gözləyən oyunlara konsentrasiya olaq. Əlimizdəki oyunçulara inanmalıyıq. Məncə, onlar kubokda növbəti mərhələyə adlamalıdırlar. Qarşıda bizi iki çempionat matçı gözləyir və onlarda da qalib gəlməliyik. Oyunlar bitdikdən sonra 100 faiz əminliklə analiz olunacaq. Bütün istəklər bir-birinə uyğun olsa, nə edə biləciyimizə baxacağıq".
Rekekampf son zamanlar "Neftçi"dən ayrılacağı barədə yayılan xəbərlərə də münasibət bildirib: "Bu haqda əvvəl də mənə sual verilib. Bütün konsentrasiyam "Neftçi"dədir. Mediaya başqa klublarla adımı hallandırmasına qadağa qoya bilmərəm. Bu, sizin hüququnuzdur, nə istəyirsiniz, yaza bilərsiniz. Mən "Neftçi"dəyəm və bütün fikrim, yalnız bu klubdadır. Bilirsiniz ki, təzəlikcə klubda toplantı olub. Komandanı gücləndirmək barədə danışığımız da olub. Mən tərəfdən heç bir problem yoxdur. Komandamı dəyişməyi düşünmürəm".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar