"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. İlk qalibiyyətimiz oldu. Elə durumdayıq ki, bilmirik, qələbəyə görə sevinək, ya kədərlənək ki, niyə bu vaxta qədər qalib gələ bilməmişik? Futbolçular özünü oyuna çox yaxşı kökləmişdi. Onun da nəticəsidir ki, 10 nəfərlə qalsaq da, qələbə qolunu vurduq. Azarkeşlərimiz bu gün də gəlmişdilər. Sağolsunlar, möhtəşəmdirlər. Qələbəmizdə onların payı da çoxdur".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 16-cı turunda "Kəpəz"ə qalib gəldikləri oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis istəkli olduqları üçün azlıqda qalmalarına baxmayaraq, qalib gəldiklərini bildirib: "Öz aramızda da danışanda deyirdik ki, qələbə üçün nə lazımdırsa, edək. Lap oyun intizamından qopaq, lap oyunumuz "bardak" görünsün. Ancaq əsas odur ki, qalib gələk. Biz bu gün istəkli olmağımız sayəsində qalib gəldik. Bugünkü qələbə növbəti oyunumuza da təsir edəcək. Oyun üslubunda, bəzi məqamlarda problemlərimiz çoxdur. Oyunun gedişində biz də rəqibə boşluqlar verdik. Amma rəqib hansı komanda olsaydı da, eyni istəkdə mübarizə aparacaqdıq. Ötən turda "Qəbələ"yə qarşı da yaxşı oynamışdıq. Əfsuslar olsun ki, uda bilməmişdik. Amma Gəncədə qalib gəldik".
Abasov Araz Abdullayevin komandadan ayrılması ilə bağlı bunları deyib: "Onu çağırdım, danışdıq, vəziyyəti izah etdim. Bizim tərəfdən oldu. Nə danışdığımız isə aramızda qalsın. Damyan Daniçiç də komandadan göndərilib".
Çalışdırıcı "Yollarınızı ayıracağınız digər futbolçular kimlərdir?" sualını belə cavablandırıb: "İndiki vəziyyətdə bu haqda danışmaq düzgün olmazdı. Müsahibələrə futbolçular da baxır. Deyəcəyimiz sözləri əlehimizə işləyə bilər. Qışa çox qalmayıb, iki oyunumuz var. Bundan əvvəlkiləri necə bildinizsə, onlardan da xəbəriniz olacaq".
A.Abasov qarşıdan gələn qış transfer pəncərəsi üçün planları barədə də danışıb: "Bizim vəziyyətimiz digərləri ilə müqayisədə kritikdir. Elə futbolçular var ki, 12 komandalı liqada komandası 8-9-cu pillədədir, amma turnir cədvəlinə baxıb, bizdən imtina edirlər. Deyirlər, sonuncu pillədəsiniz. Onları da başa düşürük. Futbolçularla danışanda, öncə maddiyyatı danışmırıq, "bizim komandaya gələrsən?" sualını veririk. Turnir cədvəlini göstəririk. Daha sonra, stadionu, bazanı. Vəziyyətimiz çox çətindir. Qışdan sonra da bunu yaşayacağıq".
Daha əvvəl "Neftçi"ni də çalışdırmış mütəxəssis bu komandadan bütün futbolçuları "Sumqayıt"da görmək istədiyini deyib: "O futbolçulardan hamısını istəyərəm. Xüsusən də Emin Mahmudovu komandamda görmək istəyirəm (gülür)
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq