"Bugünkü oyun maraqlı keçəcək. Ümumiyyətlə, "Neftçi" və "Qarabağ" arasında bütün oyunlar gərgin olur. Həm də bu komandalar çempionluq uğrunda mübarizə aparırlar. Hər iki komandaya uğurlar arzu edirəm. Qəlbimdən keçən odur ki, bu gün "Neftçi" qalib gəlsin, liderlərdən geri qalmasın".
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Yunis Hüseynov deyib. 1984-1992, 1993-1998-ci illərdə "Neftçi"nin formasını geyinən keçmiş hücumçu Bakı təmsilçisinin bu gün Misli Premyer Liqasının 16-cı turunda "Qarabağ"a qarşı keçirəcəyi oyun barədə danışıb. O bildirib ki, "Neftçi"nin qalibiyyətini arzulasa da, "Qarabağ"ın qələbə qazanacağını düşünür:
"Sırf son matçlara baxanda "Neftçi"nin oyunu o qədər də xoşuma gəlmir. Amma inanıram ki, bu gün komanda toparlana biləcək. Əgər "Neftçi" "Səbail"lə matçda oynadığı oyunu "Qarabağ"a qarşı da göstərsə, bu, komandaya pis təsir edə bilər. Çünki "Qarabağ" iimkanlardan istifadə edən bir komandadır. Bu gün oyun baxımından favorit "Qarabağ"dır. Amma düşünürəm ki, "Neftçi" də əzmkarlıq nümayiş etdirərək qələbə qazana bilər".
Yunis Hüseynov "Neftçi"nin hazırda "Qarabağ"la ayaqlaşacaq gücdə olmadığını da qeyd edib: "Qarabağ" səviyyə baxımından çox güclüdür. Mən həmişə istəmişəm ki, "Neftçi" çempion olsun. Çünki ömrümü "Neftçi"yə vermişəm. "Neftçi" 8-ci pillədə olsa da, hər zaman deyəcəyik ki, "Neftçi" çempion olmalıdır. Hazırda "Qarabağ", "Sabah" və "Neftçi" digər komandaları üstələyirlər. Qarşıda çox oyun var. Bəlkə də qış fasiləsində komandada dəyişikliklər ola bilər. Amma bu gün son oyunlara baxanda görürəm ki, "Neftçi"nin çempionluğu çətin görünür. İndiki durumda "Neftçi" "Qarabağ"a çatacaq gücdə deyil. "Qarabağ" bu gün Avropa futbolu oynayır. Onların avrokuboklardakı çıxışları da göz qabağındadır. "Qarabağ" səviyyə baxımından çox güclüdür. Bu gün "Qarabağ"ın qalib gələcəyini düşünürəm".
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 21:00-da start götürəcək. "Qarabağ" hazırda turnir cədvəlində 41 xalla 1-ci, "Neftçi" isə 32 xalla 3-cüdür. Bu komandalar arasında birinci dövrədəki oyunda Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
Nur Zeynalova
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar