“Qarabağ”la “Neftçi”nin oyunları həddindən artıq maraqlı olur. Düzdür, indi bütün azarkeşlərin fikri dünya çempionatına yönəlib, amma bu, baxmalı oyundur”.
Bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib. O, Misli Premyer Liqasının 16-cı turunda sabah keçiriləcək “Neftçi” - "Qarabağ" oyunu ilə bağlı fikirlərini bildirib. Ağdam klubunun derbi matçında aşkar favorit olduğunu bildirən mütəxəssis "Neftçi"də problemlərin çox olduğunu vurğulayıb:
“İki komanda arasında fərq böyükdür. Hamı bilir ki, “Qarabağ” hərtərəfli “Neftçi”dən üstündür. “Qarabağ” öz oyununu oynayacaq. Onlar üçün rəqibin fərqi yoxdur. “Neftçi”də isə böyük problemlər var. Həm heyət, həm də oyun baxımından. Komandada liderlər olmalıdır. Həm qol vuran, həm də qol vəziyyətini yaradan orta xətt oyunçularını nəzərdə tuturam. Amma “Neftçi”də lider ancaq Emin Mahmudovdur. Həm qol vəziyyəti yaradır, həm də qol vurur. Belə oynamaq çox ağırdır. Bəs digər oyunçular? Əvvəldən də demişəm ki, “Neftçi”də problemlər çox olacaq”.
Ağasəlim Mircavadov
75 yaşlı mütəxəssis “Qarabağ”ın son iki oyunda xal itirməsinin sabahkı matça təsiri olmayacağını düşünür: “Xal itirmək adi bir şeydir. Çempionat ərəfəsində belə şeylər olur. “Qarabağ” avrokuboklarda nə qədər oyun keçirib. Futbolçularda həm fiziki, həm də psixoloji yorğunluq olur. Yerli çempionata eyni motivasiya ilə çıxmaq üçün vaxt lazımdır. Amma oyun üslubu qalır. “Qarabağ” xal itirdiyi oyunlarda da rəqibdən çox üstün olub. Xeyli qol vəziyyətləri yaradıb.
Mən elə başa düşürəm ki, “Neftçi” ilə oyunda “Qarabağ” futbolçuları heç bir yorğunluğa fikir verməyəcəklər. Futbolçular oyunun mahiyyətini dərk edirlər. Bu, derbi oyunu sayılır. “Neftçi” də bu matça çox ciddi hazırlaşır. Çünki məğlubiyyət komandanın işini çox çətinləşdirə bilər. Hətta ikinci yer uğrunda mübarizə də çətişləşər. Çünki çox iddalı olan “Sabah”dan başqa “Zirə”, “Qəbələ” də var. Onlar da çalışırlar ki, medal qazansınlar. Çox gözəl haldır ki, 4-5 klub yüksək yerlər üçün iddialıdır. Bu, futbolumuzun inkişafına xidmət edir”.
Mircavadov hazırkı durumda “Neftçi”nin ikinci yer uğrunda mübarizə aparmalı olduğunu deyib: “Biz adətən deyirik ki, “Neftçi” çempionluq uğrunda mübarizə aparmalıdır, buna imkanları var. Amma indi hiss olunur ki, “Neftçi” çempionluğa yox, ikinci yer üçün oynamalıdır. Oyunları bunu göstərir. Biz ancaq oyuna görə şərh veririk. Klubun daxilində vəziyyət necədir, bilmirik”.
Ramiq Ağaməmmədov
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar