“Demək olar ki, bütün oyunçular məşq prosesində iştirak edir. Ümid edirəm ki, Vojislav Stankoviç də “Qarabağ”la oyun gününə kimi tam hazır olacaq”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 16-cı turunda “Qarabağ”la keçiriləcək oyun öncəsi klubun televiziyasına açıqlamasında deyib.
Rumıniyalı mütəxəssis Ağdam klubu ilə matça hazır olduqlarını söyləyib: “Görüşə yaxşı hazırlaşırıq. Bilirik ki, bizi ağır matç gözləyir. Yaxşı nəticə qazanmalıyıq, çünki evdə oynayacağıq”.
47 yaşlı çalışdırıcı zədədən qayıdan oyunçuların son durumu barədə də məlumat verib: “Eddi İsrafilov uzun müddət idi ki, zədədən əziyyət çəkirdi, oyun praktikası az idi. Yalnız “Səbail”lə ötən turdakı görüşdə ona şans verə bildim. Eddi bizim üçün çox vacib və açar oyunçulardandır. Azər də vacib futbolçularımızdandır. Zədədən qayıtdıqdan sonra yenidən zədə aldı. Komandadan bir müddət ayrı qaldı. Ümid edirəm ki, “Qarabağ”la görüşə qədər hazır vəziyyətdə olacaq”.
O, ilk dövrədə “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları qarşılaşmadan dərs aldıqlarını vurğulayıb: “Qarabağ”a uduzduğumuz son görüş bizim üçün böyük dərs oldu, həmin qarşılaşmadan nəticə çıxardıq. Görüşün 90 dəqiqə davam etdiyini bilməliyik. Həmin görüşün ilk 45 dəqiqəsində yaxşı oyun sərgiləmişdik. Bütün 90 dəqiqəni eyni tempdə keçirməyə imkanımız və səviyyəmiz var. İstənilən dəyişiklik komandanın xeyrinə olacaq”.
Regekampf çempionluq uğrunda mübarizəni davam etdirəcəklərini bildirib: Öz oyunumuza köklənməliyik. “Qarabağ” və “Sabah”la matçlarda çox vacib xallar itirmişik. İşimizə daha çox konsentrasiya olunmalıyıq. Çempionat uzun yoldur, oyunlara düzgün köklənsək, çempionluq yolunda şansımız olacaq”.
Qeyd edək ki, dekabrın 2-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 21:00-da başlayacaq.
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı