"Turnir cədvəlində vəziyyətimizi düzəltmək üçün bura qələbə qazanmağa gəlmişdik. Çalışırdıq ki, məsələni birinci hissədə həll edək".
Qol.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 15-ci turunda bu gün "Şamaxı" ilə keçirilən səfər oyundan sonra mətbuat konfransında deyib.
O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "İlk yarıda daha rahat futbol oynadıq. Qol epizodlarımız da vardı. Amma bundan istifadə edə bilmədik. Fasilədən sonra da bir neçə epizodda fərqlənə bilərdik. Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi. Deyərdim ki, bu gün bir xal qazandıq, iki xal da itirdik. Bəlkə məğlub da ola bilərdik. Biz meydanda dayananda rəqibin də qol epizodları oldu. Əlimizdə olan futbolçulardan maksimum şəkildə istifadə etdik. Zədəlilərimiz hələ yeni qayıdıb. Buna görə tam heyətlə meydana çıxa bilmirik. Dəyişiklik etməyə çətinlik çəkirik. Hardasa komandamın oyunu məni 70 dəqiqə məmnun etdi. Hücumda çoxlu qol epizodları yaratdı. Səfərdə bir xal qazandığımız üçün futbolçulara təşəkkür edirəm. Meydanda mübarizə apardılar. Bu çətin məqamda bacardığımız qədər çalışırıq ki, həm də baxımlı futbol oynayıb xallarımızı qazanaq".
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar