“Neftçi”yə baxışa dəvət olundu

“Neftçi”yə baxışa dəvət olundu
ÖLKƏ FUTBOLU 25 Noyabr 2022 / 09:37 4329
-  A +

Nigeriyalı futbolçu Peter Oluka “Neftçi"yə baxışa dəvət olunub.
 
Qol.az xəbər verir ki, bu barədə Nigeriyanın “sports247.ng" saytı məlumat yayıb.

Olukanın 22 yaşı var və dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, hazırda Nugeriyanın “36 Lion" klununun üzvüdür. 

“Ağ-qaralar"ın Olukanı "Caqaban kuboku"nda bəyəndiyi bildirilib. O, həmin vaxt turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.
Futbolçunun artıq Azərbaycana yola düşdüyü də bildirilir.

Daha çox


Son xəbərlər