Bədavi Hüseynov yığmanın oyunlarını buraxacaq

Bədavi Hüseynov yığmanın oyunlarını buraxacaq
ÖLKƏ FUTBOLU 14 Noyabr 2022 / 12:00 1825
-  A +

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov yığmanın Moldova və Şimali Makedoniya ilə yoxlama oyunlarında iştirak etməyəcək.

Qol.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 31 yaşlı müdafiəçi zədəli olduğu üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, yığma noyabrın 16-da Moldova ilə, 4 gün sonra Şimali Makedoniya ilə üz-üzə gələcək.

Daha çox


Son xəbərlər
27.02.26  18:49

"Barselona"da qalır

topaz banner