“Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 14-cü turunda “Qarabağ”la 0:0 hesabı ilə yekunlaşan görüş barədə danışıb.
Qol.az xəbər verir ki, rusiyalı məşqçi oyunsonrası mətbuat konfransında matçla bağlı bunları deyib:
“Nəticəyə görə olmasa da, mübarizə əzminə görə komandama təşəkkür edirəm. Onlar xarakter nümayiş etdirdilər. Meydanda mübarizlik var idi. Eləcə də, azarkeşlərə, futbolsevərlərə təşəkkür etmək istəyirəm. Bu gün bəlkə də mövsümün rekordu vuruldu. Azərbaycanda stadionları məhz bu cür görmək istəyirik. Matçda qol olmasa da, müasir futbol izlədik. Çalışmalıyıq ki, hər oyunda bu cür mübarizə əzminə şahidlik edək”.
- Sizcə, hansı komanda qələbəyə daha yaxın idi?
- İkinci hissənin ortasında iki topumuz dirəkdən döndü. Matçın əvvəlində də biz fəal idik. Amma sonda “Qarabağ”ın şansları oldu. Ona görə də ümumilikdə heç-heçəni ədalətli nəticə saymaq olar.
- Azarkeşlərin çoxluğu komandanızın oyununa necə təsir etdi?
- Düşünürəm ki, bu, çox vacib faktordur. Avrokuboklar zamanı stadion dolu olur. Bilirəm ki, hətta Bakı Olimpiya Stadionunun dolduğu vaxtlar da olub. Bu o deməkdir ki. Azərbaycanda futbolu sevirlər. Azarkeşlərin gəlməsi futbolçular üçün də müsbət məqamdır. Onlar azarkeşlərin çoxluğunda fərqli, qeyri-standart şeylər etməyə çalışırlar.
- Bu gün “Sabah”da qələbə üçün nə çatışmadı?
- Yaxaladığımız qol epizodlarını dəyərləndirə bilmədik. Onlardan faydalansaydıq, nəticə fərqli olardı. 3-4 qol epizodumuz olsa da, şanslarımızı boşa verdik.
- “Qarabağ” bu mövsüm ilk dəfə “Sabah”la oyunda xal itirdi. Bu məqam çempionluq mübarizəsinə necə təsir edə bilər?
- Futbolda hər an hər şey dəyişə bilər. Hər hansı zədə, yaxud qara zolaq komandanı geri sala bilər. Həmişə demişəm ki, biz sadəcə məşqlərə fikrimizi yönəltməli və qarşıdakı oyunlara köklənməliyik.
- Bugünkü heç-heçəyə görə komandanıza mükafat veriləcək?
- Bilmirəm bunu söyləməyim nə dərəcədə düzgündür, amma bəli, bu gün futbolçular qələbəyə görə olan mükafatı alacaqlar.
- Qeyd etmişdiniz ki, “Qarabağ” Rusiya Premyer Liqasında “Zenit”lə çempionluq uğrunda mübarizə apara bilər. Bəs “Sabah” Rusiyada hansı yerlə uğrunda mübarizə apara bilər?
- Bu barədə proqnoz vermək mənim üçün çətindir. Amma deyə bilərəm ki, heç kimdən çəkinməzdik, bütüb rəqiblərə qarşı elə bugünkü kimi oynayardıq.
- Komandanızın potensialı bundan daha yaxşısına imkan verir, yoxsa qışda mütləq güclənməlisiniz?
- Qışda yaxşı transfer reallaşdırmaq çətindir. Komandamıza yayda qoşulanlar təzəcə adaptasiya olurlar. Əgər yaxşı variant olsa, güclənməyimiz çox yaxşı olardı.
- Oyundan sonra Qurban Qüurbanovla nə barədə danışırdınız?
- Oyun barədə müzakirə apardıq. Bir-birimizə qarşılıqlı hörmətimiz var. Onlara qarşı oynadığımız üçün şadam. O, “Sabah”, mən isə “Qarabağ” haqda düşüncələrimi bölüşdüm.
“Heç vaxt təslim olmayan “Barselona” görmək istəyirəm”
"Zirə" "Araz-Naxçıvan"ı belə məğlub etdi - Video
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
"Zirə" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qalib gəldi
Kamilo Durandan “Qarabağ”a xoş müjdə
Azərbaycan boksçusu erməniyə qalib gəldi
"Barselona"da qalır
"Kəpəz" - "Sumqayıt" oyunundakı 3 qol - Video
"Rəhbərlik komandaya yaxşı motivasiya verir" - Azər Bağırov
"Belə bəsit qollar buraxdığımıza inana bilmirəm" - Saşa İliç
D lisenziyalı məşqçi kursları yekunlaşıb
Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atıldı
"Qarabağ"dan Kamilo Duranla bağlı açıqlama
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər
Avropa Liqasında 1/8 final cütlükləri müəyyənləşdi
Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı
"Neftçi" basketbol komandası baş məşqçisini göndərdi
Premyer Liqa klubundan baş məşqçisinə yeni müqavilə
"Kəpəz" - "Sumqayıt": Heyətlər açıqlandı
Azərbaycan klubları avrokuboklarda qol rekordunu təkrarlayıb
Bu qış Azərbaycandan ayrıldı, "Valensiya"ya keçdi
“Qarabağ”ın hücumçusundan 2 ölkə üçün rekord
"Yuventus" qapıçısı ilə müqaviləni uzatdı
Azərbaycan boksçusu 1/4 finala yüksəldi
Demiçelis La Liqa klubunun baş məşqçisi təyin edildi
Bu qələbə "Fənərbaxça"ya kifayət etmədi - Video
Azərbaycan UEFA reytinqində 3 ölkəni qabaqladı - Yeni rekord
Rusiyada 9 futbol hakiminə cinayət işi açıldı