“Sumqayıt”ın məşqçisi Mübariz Orucov Misli Premyer Liqasının 14-cü turunda “Şamaxı”ya uduzduqları matç barədə danışıb.
Qol.az xəbər verir ki, o, 2:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfrnasında deyib:
“Danışılası çox söz yoxdur. Bu gün çox zəif təsir bağışladıq. Rəqib layiqli qələbə qazandı. Bu münasibətlə onları təbrik edirəm. Artıq növbəti oyunlar barədə düşünməliyik”.
- Azarkeşləriniz oyundan sonra məğlubiyyətə görə etirazlarını bildirirdilər. Onların bu narazılığını haqlı sayırsınız?
- Azarkeşlərin narazılığını anlayıram. Biz özümüz də qələbə arzusundayıq. Şamaxıya da 3 xal üçün gəlmişdik. Lakin təəssüf ki, alınmadı. Biz də əlimizdən gələni edirik, komandanı hazırlayırıq. Çalışırıq ki, bu vəziyyətdən çıxaq.
- “Şamaxı”dan belə oyun gözləyirdiniz?
- Bəli, gözləyirdik. “Şamaxıl” heç də zəif komanda deyil. Təcrübəlilərlə gənclərin vəhdətindən yaxşı komanda formalaşıb. Burada əksər kollektivlər çətinliklə üzləşirlər. Ötən tur “Şamaxı” Tovuzda da 3 xal qazanmışdı.
- Bugünkündən fərqli olaraq “Sumqayıt” ötən tur “Neftçi” ilə oyunda çox yaxşı təsir bağışlamışdı. 2 oyun arasındakı fərqin səbəbi nədədir?
- Bəli, “Neftçi” ilə oyunda daha istəkli idik. Amma bu gün rəqib bizdən daha istəkli təsir bağışladı. Bəhanə gətirmək istəməzdim. Lakin heyətdə müəyyən itkilərimiz var idi. Bu da oyunumuza təsir göstərir.
- Əvvəl “Sumqayıt” qol vura bilmirdi. İndi isə müdafiədə problemlər var. Bu gün çox bəsit qollar buraxdınız. Bu, nədən irəli gəlir?
- Diqqətsizlikdən. Qollarda fərdi səhvlər görünür. Bu yöndə işləyəcəyik. Çalışacağıq ki, səhvləri aradan qaldıraq. Həm müdafiədə, həm də hücumda problemlərimiz var.
- İkinci hissədə legionerlər meydana daxil olsalar da, oyunda canlanma yarada bilmədilər.
- Razıyam sizinlə. İkinci hissədə topa nəzarət bizdə olsa da, hesabı xeyrimizə dəyişə bilmədik. Çabinin müəyyən ağrıları var. Bu gün tam hazır deyildi.
- “Sumqayıt”ın heyəti heç də zəif deyil. Amma komanda 14 turda qələbə üzünə həsrətdir. Bunun günahkarı kimdir: Aleksey Baqa, yoxsa Samir Abasov?
- Problemin məşqçilikdə olduğunu deməzdim. Pasport önəm daşımır. Əsas futbolçunun xarakteridir. Futbolçu əcnəbidirsə, o demək deyil ki, “Şamaxı”nın yerli futbolçularından üstündür.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı