Son günlər sosial şəbəkələrdə “Qarabağ”la Təbrizin “Traktor” klubunun yoldaşlıq oyunu keçirməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib.
Ağdam klubunun direktoru Emrah Çelikel məsələ ilə bağlı Qol.az-a açıqlama verib. Klub rəsmisi qeyd edib ki, bu təşəbbüsə müsbət yanaşırlar və Cənubi Azərbaycan təmsilçisi ilə oyun onları sevindirər: “Əgər imkan olarsa, belə bir oyunun keçirilməsi hamımızı şad edər, sevinərik. Ancaq hər iki klubun təqviminə baxmaq lazımdır. Bilirsiniz ki, hazırda komandamız UEFA Konfrans Liqası və Premyer Liqada mübarizə aparır. Bir müddətdən sonra ölkə kubokunun oyunları da olacaq. Qrafikimiz olduqca sıxdır. Bununla belə, hər iki klubun uyğun vaxtı olsa, baş məşqçilər də razılıq versə, bu matç hamımızı çox sevindirər”.
E.Çelikel bildirib ki, Təbriz klubu ilə oyun mənəvi məsələ olduğu üçün baş məşqçi Qurban Qurbanov da buna etiraz etməz: “İnanmıram ki, onun fikri bizimkindən fərqli olsun. Təbii ki, onun üçün də birinci növbədə komandanın uğurlu çıxışıdır. Amma bu, mənəvi bir məsələdir. Ona görə də mənə elə gəlir ki, Qurban Qurbanov da hamımız kimi bu oyun məsələsi ilə razılaşar”.
2012-ci ildə “Traktor”la Türkiyədəki hazırlıq zamanı keçirilən yoldaşlıq oyununu xatırladan klub rəsmisi deyib ki, komandalar yenidən təlim-məşq toplanışında üz-üzə gələ bilər: “2012-ci ildə “Traktor”la Qızılcahamamda yoldaşlıq oyunumuz oldu. Elə bilirdik ki, doğma komandamızla oynayırıq. Hamısı bizi, biz onları tanıyırdıq. Eyni dildə danışırdıq. Biz qış Antalyada hazırlıqda olacağıq. O zaman “Traktor”un da təlim-məşq toplanışı Antalyada olsa, hansı ki, biz bununla maraqlanacağıq, onda yoldaşlıq oyunu keçirilə bilər. Ancaq hələ ki, bu oyunla bağlı hər hansı bir razılaşma olmayıb. Ona görə də dəqiq nəsə deməyim düzgün olmaz”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı