“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Turan Tovuz”la oyundan sonra mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
- İlk öncə bütün tovuzlulara təşəkkür etmək istəyirəm. Bizim komandanı çox xoş qarşıladılar. 25-26 il əvvələ getdim sanki. Burada xoş xatirələrim var. Uzun illərdir görmədiyim insanları gördüm bu gün. Ona görə də hər birinə təşəkkür edirəm. Komandaya uğurlar arzu edirəm. Ümid edirəm ki, “Turan Tovuz” gələcəkdə daha yaxşı nəticələr qazanacaq. Oyuna gəldikdə, vacib qələbə qazandıq. Komandada müəyyən yorğunluq var idi. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Əfsuslar olsun ki, yorğunluğun üzərinə daha bir yorğunluq gəldi. Xüsusən də bu gün süni örtükdə mübarizə apardıq”.
- Şahruddin Məhəmmədəliyevin durumu nə dərəcədə ağırdır?
- Boyun nahiyəsində ağrısı var. Tam rahat hərəkət edə bilmir. İndi-indi özünə gəlir. Ayağa qalxıb müəyyən qədər hərəkət etdi. Lakin ağrıları qalır. Durumuna sabah aydınlıq gələcək. Tovuz şəhər stadionunun qazonu yeni olsa da, dəfələrlə demişəm ki, süni örtüyün tərəfdarı deyiləm. “Turan Tovuz”un 7 futbolçusu zədəlidir. Bu gün bizim heyətdə Marko Veşoviç ağrılar yaşadı. Birdəfəlik bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Bu cür meydançada oyundan sonra futbolçular 5-6 gündən sonra özünə gəlir. Mikrozədələr həddindən artıq çoxalır. Məncə, gələcəkdə bu məsələ ilə bağlı tədbir görülməlidir. Mən bütün stadionların qazonunun təbii olmasının tərəfdarıyam.
- Oyundan əvvəl və sonra komandanıza möhtəşəm dəstək var idi. Həmin an tribunalara baxanda “mən bu azarkeşləri necə məyus edim” fikri keçdimi ürəyinizdən?
- Sağ olsunlar. Bizim bura gəlməyimiz onların sevinci idi. Çox duyğulandım. Azarkeşlərin “Qurban, Qurban” qışqırması çox xoş mənzərə idi.
- Təqvimin sıxlığına görə bu gün oyun keyfiyyətindən narazılığınız var?
- Bugünkü oyundan müəyyən qədər narazılığım var. Amma bunun da müəyyən səbəbləri mövcuddur. Ot örtüyü futbolçulara təsir edir. Yorğunçuluğun da təsirini unutmaq olmaz. Narazılığım daha yaxşı oyun göstərməməklə bağlıdır.
- “Sabah”la oyunöncəsi hər hansı bir narahatlığınız varmı?
- Hər hansı bir narahatlığım yoxdur. Çalışmalıyıq ki, qarşıdakı 3 gündə bərpa olaq və “Sabah”a qarşı yaxşı oyun göstərək. Hər hansısa problemi qabardanda bəzən səhv anlaşılır.
- Yorğunluğu qeyd etdiniz, növbəti tur isə “Sabah”la qarşılaşacaqsınız. Gözləmək olardı ki, bu gün heyətdə müəyyən dəyişiklik edəsiz. Amma siz əsas heyətə şans verdiz...
- Oyuna qədər vaxtımız var. “Sabah”la bizi çox gərgin və maraqlı qarşılaşma gözləyir. Həmin matç üçün heyətdə müəyyən dəyişikliklər edilməsi mümkündür. Çalışacağıq ki, oyun günü ən hazır olan futbolçuları meydana buraxaq.
- Ukraynanın Azərbaycandakı səfiri bildirib ki, Kiyev “Dinamo”sunun Bakıda yoldaşlıq oyununu təşkil etmək istəyirlər. Təklif olsa, belə matça razılaşarsınız?
- Belə komandalarla yoldaşlıq oyunları bizim üçün xoş olar. Amma bizim öz cədvəlimiz var. Uyğun olan vaxtda bunu edə bilərik. Futbolçularımızı nəzərə almalıyıq. Boş vaxtımız olsa, məmnuniyyətlə qəbul edərik. İşimizə mane olacaqsa, yaxınlarda gözlənilmir. Ümumiyyətlə, müzakirə etmək olar.
- Qışda heyəti gücləndirmək istiqamətində addımlar atacaqsız?
- Yorğunluqla bağlı sözlərim şikayət kimi olmasın. Reallıqları deyirəm. Bir neçə futbolçu cəlb etməyi çox istərdik. Heyətdə 22-23 futbolçu olsa da, bəzən əlimizdə 14-15-i qalır. Daim uğur qazanmaq üçün heyətin geniş olması şərtdir.
- Ötən mövsümün bu hissəyə qədərki dövrü ilə bu mövsümün indiyə qədərki dönəmini necə müqayisə edə bilərsiz?
- Oyun sayı artıb. Bu, sevindirici haldır. Bölgələrə gəlmək futbolumuz üçün çox xoşdur. Keçən il avrokubokda yaxşı mövsüm keçirdik. Demək olar ki, o tempi qoruyub saxlaya bilmişik. Builki avrokubok oyunlarımız daha baxımlı oldu. Çox güclü rəqiblərlə qarşılaşdıq. Hər matç böyük ajiotaja səbəb oldu. Hər yerdə bizim oyunlarımızı isləmək üçün xeyli sayda azarkeş yığılırdı. Bu da rəqiblərin ciddiliyi ilə əlaqədardır. Bu, Azərbaycan futbolunun inkişafı üçün böyük təkandır. Azarkeşlərə futbolu sevdirmək lazımdır. Çempionatın səviyyəsinə gəldikdə, 13 qələbə qazansaq da, bizim üçün elə də asan olmadı. Bütün matçlarda futbolçular əziyyət çəkdi. İnkişaf görürəm. Yerli futbolçularımızın sayı çoxalıb. Ustalıq səviyyəsi çox olmaya bilər, amma təcrübə artdıqca yaxşılaşacaq. Bütün klubların həm maddi, həm struktur cəhətdən daha yaxşı olmasını arzu edirəm. Mən pozitivəm.
- Azarkeşlər qapıçı transferinin olub-olmayacağı ilə maraqlanır...
- Hər xəttə oyunçu axtarırıq. Hər şey idealdır deyə bir düşüncəmiz yoxdur. Həmişə əlimizdə olanları daha yaxşı səviyyəyə çatdırmağa çalışmışam. Mənim üçün ürəyini meydanda qoyan, kluba sadiq insanlar çox önəmlidir. Rəqabəti daha da aktivləşdirmək istəyirik. Necə ki, digər xətlər, qapı mövqeyinə də oyunçu axtarırıq. Əlimizdə olanlara güvənirik.
- Ardıcıl 13 qələbə ilə Azərbaycan çempionatları tarixində rekorda imza atdınız. Bu barədə oyundan əvvəl məlumatınız var idi?
- Bəli. Saytlarda oxuyuram. Buna bir o qədər də önəm vermirəm. Bilirəm ki, hər oyun qalib gəlmək lazımdır. Futbolçuları tam aktiv oyuna hazırlamağa çalışırıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Dayanmalı deyilik. Keçmiş statistikaya yönəlməməli, qarşıdakı matçlara istiqamətlənməliyik.
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində