"Qarabağ"ın "Gent"lə oyunlarının saatı açıqlandı

"Qarabağ"ın "Gent"lə oyunlarının saatı açıqlandı
ÖLKƏ FUTBOLU 9 Noyabr 2022 / 10:20 13031
-  A +

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la "Gent" (Belçika) arasında keçiriləcək oyunların başlama saatı açıqlanıb.

Qol.az UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, 2023-cü il fevralın 16-da Bakıda oynanılacaq ilk qarşılaşma saat 21:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda olacacaq.

Fevralın 23-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Daha çox


Son xəbərlər