Bədavi Hüseynovun 300-cü oyunu

Bədavi Hüseynovun 300-cü oyunu
ÖLKƏ FUTBOLU 7 Noyabr 2022 / 12:54 1162
-  A +

Misli Premyer Liqasının 13-cü turu Bədavi Hüseynov üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, təcrübəli müdafiəçi “Qarabağ”ın heyətində 300-cü oyununu keçirib.

Bu yubiley “Kəpəz”lə ev matçına təsadüf edib. 31 yaşlı futbolçu komandasının 3:1 hesablı qələbə qazandığı qarşılaşmada meydana sonradan daxil olub.

Debütü 2012/13 mövsümünə təsadüf edən Bədavi bütün turnirlər nəzərə alınmaqla çıxdığı 300 görüşdə 4 qola imza atıb. O, “Qarabağ”ın tarixində 300 və daha çox oyun keçirən 10-cu futbolçudur.(pfl.az)


Son xəbərlər
topaz banner