"Vacib qələbə qazandıq. Oyun gərgin keçdi. Futbolçularda yorğunluq hiss olunurdu. Sona kimi ayaq üstə dayana bildilər, qələbə üçün çalışdılar. Tərlan Əhmədov maraqlı komanda formalaşdırıb. Öz oyun üslubu var, çəkinmirlər. Onlara uğurlar arzulayır, öz futbolçularımı təbrik edirəm”.
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 13-cü turunda bu gün "Kəpəz"lə keçirilən oyundan (3:1) sonra mətbuat konfransında deyib.
O, rəqib komandanın baş məşqçisi Tərlan Əhmədovdan fərqli olaraq hakimlikdən danışmaq istəməyib: "Heç avrokubok oyunlarından sonra çox münasibət bildirmirəm. Qaldı ki öz hakimlərimizdən danışım. Mənə aid olan məsələ deyil. Hakimlər barədə nadirən fikir bildirmişəm, çox etiraz etməmişəm".
Qurbanov oğlu Musa Qurbanlının qaçırdığı penalti epizodu ilə bağlı da fikirlərini bildirib: "Bombardirlik yarışında heç vaxt intizamdan kənara çıxmamışam. Dəfələrlə olub ki, kimsə penalti vurmaq istəyib, amma əsas penalti vuran vurub. Ramil Şeydayev məni aldatdı, oturduğu yerdən dedi ki, Musa vursun. Bir az nizam-intizamdan kənara çıxdıq. Vuranda da çox şey fikirləşmədim. Birinci və axırıncı oldu. Nizam-intizamdan kənara çıxmaq olmaz".
Təcrübəli çalışdırıcı gənc futbolçu Nəriman Axundzadənin oyununu qiymətləndirib: "Yaxşıdır. Bəzən yaş, bəzən isə təcrübə olaraq gənc olursan. Hələ təcrübə olaraq çox cavandır. Mövsümün əvvəlində götürmüşük. Bəzi gənc oyunçularımız daha əvvəldən burada idi, onlar üçün daha rahat olub. İmkan olduqca Nərimana şans verəcəyik. Yaxşı olsa, çəkinmədən meydana buraxacağıq. Yaşına yox, təcrübəsinə önəm verirəm".
Q.Qurbanov rotasiyalarla oyunçulara istirahət versə də, özünün dincəlməyə vaxtı olmadığını bildirib: "Mən həmişə sizinləyəm, sizin qarşınızdayam. İstirahətə vaxt olmur. Eybi yox, əsas futbolçular istirahət etsin, biz birtəhər yoluna qoyarıq. Yorğunluq, gərginlik olur. Məşqçi yorğunluğu tam başqadır. Düşüncələr də çox olur. Yazılar, müsahibələr oxuyuram, diskussiyalar olur. Mənim üçün xoşdur. Təki belə yorğunluq olsun və yaxşılığa doğru getsin. Azarkeş razı qalanda, komanda yaxşı oynayanda mənim istirahətim bu olur".
Baş məşqçi növbəti turda "Sabah"la keçiriləcək oyunla bağlı da danışıb: "Çox istərdim ki, hər iki komanda ən yaxşı formasında olsun və baxımlı, sürətli oyun alınsın. Komandada yorğunluq hiss olunur. Ən gərgin və vacib perioddayıq. Oyunlar nə qədər yorursa, səfərlər daha ağırdır. Tovuz səfəri də asan deyil. Dözməliyik. Futbolçular bunu qəbul etməlidir. İstəklərimizdən əl çəkməyəcəyik. Narahatlığım var. Düzgün qərar verməyə çalışacağıq".
Q.Qurbanov mətbuatı hər zaman izlədiyini də əlavə edib: "Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məndən çox izləyir. Ancaq özüm də baxıram. Hörmət əlaməti olaraq izləməliyəm. Əgər sizin işinizdisə, diqqət ayırmalıyıq. Sabah kimsə soruşanda ki, belə yazı olmuşdu, mən də ondan soruşmayım. Gündüz də məlumat verir, amma mən də maraqılanıram. Heç nə gözümdən qaça bilməz. Hər birinizi izləyirəm".
"Neftçi" "Kəpəz"ə qarşı
"Liverpul" 10 nəfərlə məğlubiyyətdən qurtuldu
Benzema Mbappeyə niyə səs vermədi?
"Tənqidlər uydurma yalanlardır"
Mbappe fransalılar arasında ən yaxşısı seçildi
"Nəticə daha çox heç-heçəyə oxşayırdı" - Vasili Berezutski
"Ağrılar arxada qalıb" - "Kəpəz"in zədəli futbolçusu
"Futbolda bəzən belə olur" - Elmar Baxşıyev
"Neftçi" "Kəpəz"lə oyuna 5 itki ilə çıxacaq
"Sabah" "Araz-Naxçıvan"a belə qalib gəldi - Video
“Şamaxı” - “Səbail” matçından - Video
Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edildi
"Buzda futbol oynamaq yaxşı olmadı" - Cavid Hüseynov
“Şamaxı” “Səbail”lə heç-heçə etdi
Oyunda ürəyi dayanan futbolçunun son durumu
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər
Keçmiş futbolçu Gürcüstanın prezidenti seçildi
Deşam DÇ-2026-nın püşkünü dəyərləndirdi
Mbappe: "Mən hələ də PSJ azarkeşiyəm"
Şamaxıda qarlı havaya görə oyunun başlaması ləngiyir - Şəkil
Qvardiola: "25-30 futbolçuya ehtiyacım var"
"Şamaxı" - "Səbail": Heyətlər
Kloze Mahirə nə dediyini bir-bir açıqladı
Loqo davası…
"Bavariya" Arda Gülerin əvəzinə Tomas Mülleri təklif edib
Zlatko Daliç püşkdən danışdı - “Azərbaycana uzun səfər…”
Sloveniya klubunun rəsmiləri “Qarabağ”ın akademiyasında
Azərbaycan millisinin DÇ-2026-dakı oyunlarının təqvimi
Ançelotti bu klubun baş məşqçisi ola bilər
Messinin qiyməti ucuzlaşdı
"Mançester Siti" rekord gəlir əldə edib
Superliqada 16-cı tur start götürdü
Renat Dadaşov qayıtdı, komandası uduzdu
"Zaqatala" - "Karvan" matçında vurulan 4 qol - Video
Vinisius ötən mövsümün ən yaxşısı seçildi
Misli Premyer Liqasında 17-ci turun təyinatları bəlli oldu
"Liverpul"un yeni transferi niyə oynamır?
Türk azarkeşlər Avroliqanın bu oyununa buraxılmayacaqlar
"Qəbələ" liderliyini belə qorudu - Video
“Azərbaycan futbolu və “Neftçi”ni izləyirəm” - Skripçenko
Sxadadzenin qələbə şərhi