Misli Premyer Liqasının 13-cü turunda öz meydanında “Sabah”a 0:2 hesabı ilə uduzan “Səbail”in baş məşqçisi Mahmud Qurbanov komandasının məğlubiyyətini şərh edib.
Qol.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında deyib:
“İlk növbədə klubumuz adından hər kəsi qarşıdakı Zəfər Günü münasibəti ilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Oyuna gəldikdə, matça yaxşı başlamışdıq. Amma sonradan rəqib üstünlüyə yiyələndi. Uduzanda deyiləsi söz çox olur. Lakin mətbuat yox, futbolçular üçün. Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, istəyimizə çata bilmədik”.
- İlk dövrədə səfərdə “Sabah”dan xal almışdnız. Bu dəfə nə çatışmadı?
- Bu dəfə ustalıq çatmadı. Son oyunlarda fərdi səhvlərdən qollar buraxırıq. Bu gün qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Rəqibin fərdi ustalığı və fərdi səhvlərimiz qələbəyə imkan vermədi.
- 13 turdan sonra 10 xal toplamısınızz. Baş məşqçi təyin olunarkən bu nəticəni gözləyirdiniz?
- Xeyr, daha yuxarı pillələrdə olacağımızı gözləyirdim. Reallıq odur ki, aşağı dördlükdəyik. Amma əlimizi yanımıza salmayacağıq, Sona kimi mübarizə aparacağlıq.
- Çox üzgün görünürsünüz...
- Məğlubiyyət həmişə əhval-ruhiyyəyə təsir edir. Çalışırıq əlimizdəki futbolçulara şans verək. Məni ən çox narahat edən odur ki, onları bunu başa düşmürlər.
- Görünür ki, heyət mütləq güclənməlidir. Artıq indidən bu barədə fəaliyyətə başlamısınız?
- Qarşıda hələ çox oyunlar var. Bu gün əsas heyətin 4 üzvü meydanda yox idi. 2 nəfər cəzalı, 2 nəfər isə zədəli idi. Futbolda müdafiə olunmaq asandır, amma hücum edən zaman çox güc düşür. Bu gün sağ cinahda pis təsir bağışlamasaq da, sol cinahda axsayırdıq. İndidən transferlər barədə düşünmürük. Amma ümumilikdə təbii ki, güclənməliyik.
- Qapıçı dəyişikliyi nə ilə bağlı idi: zədə, yoxsa oyununa görə Hüseynqulu Quliyevi əvəzlədiniz?
- Hər iki amilimn təsiri oldu, Keçən oyun müdafiəçi, bu gün qapıçı səhv etdi. Lakin sona qədər gənclərə dəstək olacağıq. Bacardığımız şeyləri etməliyik.
- İndidən qış transfer pəncərəsi üçün gözaltı etdiyinzi futbolçular var?
- Maraq dairəmizdə olan futbolçular var. Xüsusən də yerliləri heyətə qatmaq istərdik. Lakin indiki halda əlimizdəki heyətlə ilin sonuna qədər mübarizə aparacağıq.
- Sizin necə futbolçu olmağınız hamıya məlumdur. İndi komandanızın bu cür futbol sərgiləməsi sizə necə təsir edir?
- Komandamızın belə oyunu tək mənə yox, məncə, hamımıza pis təsir edir. Futbolçu kimi necə iddialıydımsa, bu gün də eləyəm. Nəsə düzəltmək istəyirik. Lakin yaxşı komanda qurmaq tez əmələ gəlmir. Bəhanə gətirmək istəmirəm, amma vaxt lazımdır və istədiyimiz futbolçuları heyətə qatmalıyıq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı